Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Çörəyin bədənə təsiri

Növündən asılı olaraq, 100 qr buğda çörəyində 4,7 faizdən 8,4 faizədək zülal, B qrup vitamini, müxtəlif mineral duzlar var.

Yemək zamanı çörək yaxşı çeynənməlidir. Bu həmdə dişləri möhkəmlədir. İnsan gün ərzində təkcə 500 qr çörək yesə, orqanizm 900-1200 kalori enerji alır.

İsti çörək – bədənə istilik gətirir, mədə rütubətini azaldır.

Arpa çörəyi – tez həzm olunur, köpmə yaratmır.

Xaşxaşlı çörək – yuxu gətirir.

Kəpəyi çox olan undan çörək – çətin həzm olunur.

Süd, yağ və yumurta ilə bişmiş şirin çörək – gec həzm olunur, böyrəyə xeyirdir. İnsanı kökəldir.

Umac və əriştə – öskürək, boğazağrısı, sinə, bağırsaq xəstəlikləri zamanı xeyirlidir. İnsanı kökəldir.

Arpa unundan umac – vərəm, qızdırma zamanı faydalıdır.


Tarix: 27.12.2012 / 19:23 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 231 Bölmə: Saglamliq
loading...