Keyfiyyətsiz yağların orijinal yağlardan fərqi
Yağın brendi
Xoşagəlməz dad və kəskin qoxusu
Qabın dibindəki çöküntü
Rənginin bulanıq olması
Qablaşdırma və görüntü İstifadə edildikdən sonra heç bir nəticə əldə olunmaması.
Zəncəfil yağı
Zəncəfil yağı bədən və zehnin gücünü artırır, qusma və ishalın qarşısını alır. Qaraciyər ağrılarında, iflic zamanı istifadə edilir. Qarın ağrılarını və köpü aradan qaldırır, revmatizmini müalicə edir. Saça parlaqlıq verir. Bu yağı masaj edərək ya da duşda istifadə etmək olar. Oynaq və əzələ ağrılarına, qan dövranın zəif olduğu nahiyyələrə yaxşı təsir edir. Bundan başqa sakitləşdirici kimi istifadə edilir. Buxar terapiyasında, soyuqdəymə, halsızlıq zamanı təsirlidir.
İstifadə qaydası
Daxilə: Bir fincan suya 2-3 damla əlavə olunaraq gündə 2 dəfə içilir.
Xaricə: Bədəni masaj edirlər.
Paçuli yağı
Paçuli yağı vücudu canlandırır, iştahı azaldır və bu səbəbdən arıqlamaq istəyənlər üçün faydalıdır. Dietadan sonra sallanmış dəri problemi paçuli yağının liftinq təsiri nəticəsində qısa müddətdə aradan qalxır. Paçuli yağı qəbizlik, ishal, bağırsaq iltihabı zamanı təsirlidir. Paçuli yağı sinir sisteminə də yaxşı təsir edir. Aromaterapiyada, yorğunluq, gərginlik, stress, yanıq, kəpək, ekzema və sızanaqlar zamanı istifadə edilir. Həmçinin yağlı cildlərdə də istifadə olunur.
İstifadə qaydası:
Daxilə: Gündə 3-5 damcı yağ bir fincan suya əlavə edilərək içilir.
Xaricə: Dəriyə masaj edilərək istifadə olunur
Çörəkotu yağı
Məhəmməd Peyğəmbər s.a.v. buyurub: “Çörəkotu ölümdən başqa hər dərdə çarədir.”
Çörəkotu yağı süd artırıcı, iştah kəsici təsirə malikdir. Ayrıca astma, şəkər, revmatizm xəstəliklərinin müalicəsində istifadə edilir və qrip zamanı immunitet sistemini gücləndirərək bədənin müqavimətini artırır. Xərçəng xəstəliyinə qarşı orqanizmi gücləndirir. Qaraciyər, ürək-damar xəstəlikləri, göbələk və bir çox başqa xəstəliklər zamanı faydalıdır. Eyni zamanda saçı bəsləyir, tökülməsinin qarşısını alır.
İstifadə qaydası:
Daxilə: Gündə 3-4 dəfə 1 çay qaşığı qəbul edilir. Un məmulat-larına da əlavə edilə bilər.
Darçın yağı
Mədə spazmını aradan qaldırır. Həzmi asanlaşdırır. Bağırsaqların fəaliyyətini qaydaya salır. Bu yağ gərginlik, ürək qüvvətlənməsi, qrip, soyuqdəymə, iştahsızlıq, ishal zamanı faydalıdır. Orqanızmin müqavimətini gücləndirir, bağırsaq parazitlərinə qarşı istifadə edilir.
İstifadə qaydası:
Daxilə: Bir fincan suya 5-10 damla əlavə olunur gündə 2 dəfə içilir.
Xaricə: Bədənə masaj edilərək istifadə olunur.
Melisa yağı (Xınaçiçəyi)
Melisa yağı yuxusuzluq, əsəb xəstəliyi və ürək sıxıntısına çarədir. Ürəyi gücləndirir. Hafizə gücünü artırır.
Həzm narahatlıqları zamanı və mədə-bagırsaq qazlarına qarşı istifadə olunur.
Baş ağrısı, miqren, menstruasiya ağrılarını və qanamalarını aradan qaldırır. Epilepsiya zamanı da istifadə olunur. Cildi gözəlləşdirir.
İstifadə qaydası:
Gündə 2-3 dəfə 2-3 damcı bir fincan suya əlavə edərək qəbul olunur.
Tarix: 27.12.2012 / 18:50 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 617 Bölmə: Saglamliq