Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Xanıma lazım olan 8 əsas vitamin

Hər kəsə məlumdur ki, gözəl və sağlam görünmək üçün insana vitaminlər lazımdı. Vitamin çatışmamazlığı orqanizmin zəifləməsinə, xroniki xəstəliklərin yaranmasına, tez qocalmaya gətirib çıxarda bilər. Xanım orqanizmi daha düzgün qayğı və qidalanma tələb edir.

Xanıma mütləq olan 8 vitaminlər bunlardır:
A vitamin.
A vitamininə çevrilən beta-karotin sümüklərin və yumuşaq hüceyrələrin sağlam qalmasına kömək edir. Bu həmçinin dəri, diş və göz sağlamlığına da müsbət təsir edir. A vitamini immun sistemini və görmə qabiliyyətini qoruyur.
A vitamini ilə bol olan məhsullar: süd, yumurta sarısı, yarpaqlı tərəvəzlər, kök, qarpız, yemiş, apelsin və quava.
B6 vitamin.
Bu vitamin piridoksin kimi də məşhurdur. B6 vitamini immun sisteminin güclənməsində əvvəzsiz əhəmiyyətə malikdir. O, həmçinin qormonların nizamlanmasına da kömək edir. B6 vitamini maddə mübadiləsində və beynin fəaliyyətində çıxış edir.
B6 vitamini ilə zəngin olan məhsullar: quş əti, avokado, banan, un məmulatları.
B9 vitamin.
Vitamin B9 foliya turşusu kimi daha məşhurdur. Bu turşu mərkəzi sinir sisteminin inkişafında istifadə olunur. İnsanın DNK və RNK-ında həmçinin əsas qıdalandırıcı maddə kimi çıxış edir. Bu turşu sağlam uşaqların dünyaya gəlməsi üçün əsaslardan birini təşkil edir. Foliya turşusunun çatışmamazlığı anadangəlmə qüsurlara və DNK dəyişikliklərinə gətirib çıxarda bilər. Bu turşunun orqanizmdə çatışmamazlığı xərçəng üçündə təhlükəlidir.
Bu turşunu tapa bilərsiniz: yaşıl yarpaqlı tərəvəzlərdə, sitrus meyvələrində, yumurtada, qaraciyərdə.
B12 vitamin.
Yaddaşın saxlanmasında və sinir sisteminin fəaliyyətində əsas rol oynayır. Bu hüceyrələrin düzgün bölgüsü, maddə mübadiləsi və zülalın sintezi üçün lazımdır.
B12 vitamini ilə zəngin olan məhsullar: süd məhsulları, yumurta, balıq və ət.
C vitamini.
C vitamini immunitetin qaldırılması ilə məhşurdur. C vitamini həmçinin orqanizmin bəzi hüceyrə fəaliyyətlərinə də müsbət təsir edir. Qırmızı qanın yaranmasında və bəzi özünübərpa sistemlərində aktiv iştirak edir. Bu vitamin beyində adrenalini yüksəldərək, konsentrasiyanı saxlamağa kömək edir.
C vitamini ilə bol olan məhsullar: qreypfrut, kivi, apelsin, çiyələk, qarağat, kartof, brokkoli.
D vitamini.
İnsan yaşlaşdıqca onun sümükləri möhkəmliyini itirirlər, nəticədə osteoporoz xəstəliyi onlarda büruzə verir. D vitamini bunun qarşısını alır, sümük və diş formalaşmasına kömək edir. D vitamini bağırsaq xərçənginin, revmatizmin, artritin qarşısını ala bilər. D vitamini: süd, yumurta, balıq kimi məhsullardan və günəş vannalarından əldə edə bilərsiz.
E vitamini.
E vitamini antioksidantdır, qadınlar üçün vacibdir. Dəri hücüyrələrinin bərpasına və saç uzanmasına müsbət təsiri var. Orqanizmin erkən qocalmasının qarşısını almaq gücünə malikdir. E vitamini həmçinin sağlam dırnaqlarında mənbəyidir. Bunlardan əlavə həmdə gözləri və qaraciyəri sağlam saxlayır.
E vitaminini bütün tərəvəz və meyvələrdə tapmaq olar.
K vitamini.
Bu kaliydir. K vitamini qan dövranı və qan laxtalanması üçün vacibdir. Bu vitamin həmçinin bir çox ürək xəstəliklərinin qarşısını ala bilər. Sümüklərin möhkəmlənməsinə kömək edir.
K vitamini yaşıl yarpaqlı tərəvəzlərdə, soya və balıq yağında boldur.


Tarix: 27.12.2012 / 19:28 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 390 Bölmə: Saglamliq
loading...