Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Doğuşdan sonra öz sağlamlığınızın qeydinə qalın

Doğuşdan sonra ananın bədənində, emosional vəziyyətində yaranan dəyişikliklərlə yanaşı həyatında da ciddi yeniliklər baş verir. Körpəyə lazımi qədər qayğı göstərdiyi halda özünün sağlamlığını ailəsinin rahatlığı naminə ikinci dərəcəli ünsürlərə aid etməyə başlayır. Qeyd etmək lazımdır ki, sizin ailəniz üçün mühüm olmağınız və ailənizin sizə ehtiyacları danılmazdır. Lakin sağlamlığınız və əhvalınız qaydada olmazsa ailəniz də qaydada olmayacaqdır. Məhz bu səbəbdən özünüzə diqqətli yanaşın. Doğuşdan sonra ilk həftələr bunu etməyiniz isə daha mühüm əhəmiyyət kəsb edir. Dünyaya gətirdiyiniz körpənin sizə ehtiyacı çoxdur. Məsləhətlərimizə riayət edərək daha tez və asan bərpa olarsınız.
Dəstək və kömək: ehtiyacınız olduğu halda yaxılarınızdan, ailə üzvlərinizdən və dostlarınızdan kömək istəməkdən çəkinməyin. Onlar sizə həm ev işlərində həm də körpəni əmizdirməkdən başqa qalan bütün işlərdə yardımçı ola bilərlər. Vaxt gələr siz də onlara yardım əlinizi yetirərsiniz. Çəkinməyin yardım istəyin. Bütün anaların doğuşdan sonra köməyə ehtiyacı var. Bu tamamilə normaldır.
"Özüm üçün vaxt" anlayışını həyatınıza və gündəlik cədvəlinizə daxil edin. Qısa zaman müddəti olsa belə bu vaxtı sizi rahatladan və əhvalınızı yüksəldən istənilən fəaliyyətlə (uzanmaq, oxumaq, gəzintiyə cıxmaq)məşğul ola bilərsiniz.
Yuxu: Həyatı əhəmiyyət daşıyan yuxu ilk günlər elə də asan əldə oluna biləcək bir şey deyil. Buna görə yuxunuzu körpənizin yuxu rejiminə uyğunlaşdırmağa çalışın. Körpə yatıbsa siz də bütün işlərinizi buraxıb yatmağa çalışın. Əlbəttə bəzən körpənin yuxu vaxtı ilə ananın yuxusu üst-üstə düşmür lakin yenə də ən azından uzanıb rahatlanmağa çalışın.
Sağlam qidalanın: Hamiləlik dövründə olduğu kimi süd verdiyiniz vaxt da körpəniz sizin düzgün və sağlam qidalanmanızdan bəhrələnir. Pəhriz haqqında düşünməyə tələsməyin. Tezliklə qaydaya düşəndən sonra çəkinizi atmağa vaxt tapacaqsınız. Pəhrizlərin çoxu balanslaşdırılmış qida rasionuna malik olmadığından ana mühüm vitaminlərdən özünü təcrid edə bilər. Daha çox təbii ərzaqlara və ya ərzaqların təbii vəziyyətinə yaxın şəklində qəbul edin. Yağlı və şirin ərzaqların qəbulunu azaldın. Vaxtdan qənaətlə istidafə edərək tez-tez xeyirli, yüngül qəlyanaltılar və salatlar yeməyə çalışın.
Idman: ilk həftələri ağır qaldırmaq və intensiv idmandan çəkinmək bütün analara tövsiyə edilir. Lakin bu sizi tamamilə passiv, idmansız qalmanıza şamil etmir. Çalışın yüngül idman elementləri edəsiniz. Körpənizlə gəzintiyə çıxmaq sizinə də faydalı olar.


Tarix: 08.01.2015 / 12:57 Müəllif: Aziza Baxılıb: 32 Bölmə: Saglamliq
loading...