Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Hiperaktivlik bioloji bir problemdir

Günümüzdə çəkilən hər bir zəhmət bir mənalı şəkildə insanların sağlamlıqlarının qorunmasına və cəmiyyətin hərtərəfli inkişafına yönəlməlidir. Çünki, bu müasir dövrün ən vacib tələblərindən və başlıca vəzifələrindən biridir. Mütəxəssislər, uşaqlarda diqqət əskikliyi və hiperaktivlik pozuqluğunun bioloji bir problem olduğunu söyləyirlər.
Psixoloq məsləhətçisi kimi fəaliyyət göstərdiyi bildirilən Atilla Altunun sözlərindən aydın olur ki, hiperaktivlik uşaqların gələcəyinə və inkişafına mənfi təsir göstərir.
Başqa sözlə ictimai həyatda olan təsirlər, yaşıdlarıyla uyğunlaşmazlıq və s. problemlər diqqət əksikliyini tam mənada insan xarakteri ilə əlaqədar olmadığını göstərir. Bəzi insanların fikrincə bu bioloji problemdir. Bəzilərinə görə isə məktəbdə aldığı müxtəlif təsirlərin nəticəsidir. Bu baxımdan hiperaktivlik valideynlər tərəfindən ciddi qəbul edilməlidir. Atilla Altunun sözlərinə görə burada əhəmiyyətli olan ailələrin, müəllim, psixoloq və psixiatrlar tərəfindən edilən xəbərdarlıqları diqqətə alıb müalicə müddətinə dərhal başlamalarıdır. Bu xəstəlik müalicə edilməsə uşaqların şəxsi inkişafı, təhsili istənilən səviyyədə olmaz. Həmin problemdən əziyyət çəkən uşaqlar hansısa iş gördükdə həmin işin sonunu düşünmədən hərəkət edirlər. Bu baxımdan onlar üçün evdə qoyulan qaydalar sadə və aydın olmalıdır. Davranışları tənzimləmədə cəzadan daha çox mükafatlandırma metoduna keçilməlidir. Yalnız maddi mükafatlar olmamalıdır, 'Afərin', 'çox gözəl' kimi şifahi mükafatlandırma da təsirlidir. Enerjilərini atmaları və qaydalara uyğun inkişafı üçün idmana istiqamətlənmələri əhəmiyyətlidir. Bundan əlavə gündəlik rejim də hazırlamaq olar. Həmin rejimdə düzgün qidalanma, kifayət dərəcədə hərəkət fəallığı, orqanizmin möhkəmləndirilməsi, şəxsi gigiyena, savadlı ekoloji davranış, pis vərdişlərdən uzaq olmaq, maariflənmə və s. vacib məsələlərə xüsusi yer verilməlidir.


Tarix: 08.01.2015 / 12:26 Müəllif: Aziza Baxılıb: 43 Bölmə: Saglamliq
loading...