Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Sağlamlıq üçün zəruri-çiyələk

Xalq təbabətində çiyələyin meyvəsindən əsasən podaqra və böyrəklərdə daş əmələgəlmə xəstəliyində, yarpaqlarından isə sidikqovucu dərman kimi istifadə edilir. Çiyələk eyni zamanda orqanizmin maddələr mübadiləsini yaxşılaşdırır və həzm olmanı asanlaşdırır, qaraciyərin və öd kisəsinin iltihabmı aradan qaldırır. Çiyələk avitaminoz xəstəliyinə qarşı da yaxşı təsir göstərir.
Çiyələyin qurudulmuş yarpaqlarını moruq meyvəsilə birlikdə çay kimi dəmləyib, soyuqdəymə nəticəsində baş verən xəstəliklərə qarşı tərlədici dərman kimi işlədilir.

Elmi təbabətdə çiyələyin meyvələrindən və yarpaqlarından istifadə olunur. Meyvələrini tam yetişəndə quru havalı gündə toplayıb, günün qabağında və ya çadır altında, yaxud soba üzərində qurudurlar. Yarpaqlarmı bitki çiçəkləyən fazada toplayıb kölgəli yerdə və ya quru havalı binalarda qurudurlar. Qurudulmuş meyvələrini və yarpaqlarını havası daim dəyişilən, quru, havalı binalarda saxlamaq lazımdır.

Çiyələyin təzə dərilmiş meyvələrindən və onlardan hazırlanan şərbətdən son dərəcə faydalı dietik vasitə kimi istifadə olunur.
Qurudulmuş meyvə və yarpaqlarmı çay kimi dəmləyib, öd yolları xəstəliklərində öd qoruyucu, böyrək xəstəliklərində və böyrəkdə daş əmələ gəlmə zamanı daşı salmaq məqsədilə, eləcə də podaqrada və uşaqlıq qanaxmalarında qankəsici və şəfaverici dərman kimi istifadə edilir.

Xalq təbabətində qurudulmuş yarpaqlarından və meyvələrindən çay dəmləyib, ödem xəstəliyinə qarşı müalicə məqsədilə, eləcə də sidik yollarında daş yığılan zaman daş salıcı və iltihabı aradan qaldırıcı, həb elə sidikqovucu vasitə kimi içirlər.
Xalq təbabətində təzə toplanmış çiyələk meyvələrinin şirə-sindən (1:10 nisbətdə, yəni 1 q şirəni 10 q suda həll etməklə) “çiyələk suyu” hazırlayıb, körpə uşaqlarda baş verən sidik ifrazı çətinliyində sidikqovucu kimi işlədilir.

Çiyələyin təzə meyvələrindən, eləcə də qurudulmuş kökümsovlarından sulu bişirmə hazırlayıb ödqovucu dərman kimi istifadə edirlər. Kökümsovlarını toplayıb soyuq suda yuyub quru-dandan sonra çay kimi dəmləyərək babasil xəstəliyinə qarşı içirlər.
Qurudulmuş meyvələrindən və yarpaqlarından çay hazırlayıb yel xəstəliyi və podaqra xəstəliklərinə qarşı içirlər. Bu məqsədlə qurudulmuş meyvələri və yarpaqları ayrı-ayrılıqda xırdalayıb qarışdırır, sonra ondan 2 xörək qaşığı 1 stəkan qaynar suda çay kimi dəmləyib gündə 2 dəfə, hər dəfə də yarım stəkan qəbul edirlər. Çiyələyin meyvələri qanazlığında və ümumi zəiflikdə eləcə də ağciyər xəstəliklərində qüvvət-verici kimi çox faydalıdır.

Çiyələyin sağlamlıq üçün çox mühüm əhəmiyyəti var. Ondan daha geniş istifadə etmək zəruridir.

Çiyələk Mürəbbəsi
Çiyələk: l kq, şəkər: l-l,2 kq
Hazırlanması: Çiyələk təmizlənir, soyuq suda yuyulduqdan sonra süzülür.
Üzərinə şəkərin yarısı, yəni 0,5 kq tökülərək soyuq yerə qoyulur ki, şirəsi çıxsın.
Şəkərlə çiyələyin qarışmasın-dan çıxan şirəni başqa bir qaba boşaldılır.
Şirəni yerdə qalan digər 0,5 kq şəkərlə qarışdırıb ocağa qoyulur.
Bu şirə su əlavə etmədən qaynadılır, köpüyü alınır. Sonra çiyələklər bu qaynar şirənin içinə tökülərək 10 dəqiqə yavaş-yavaş qarışdırmaqla bişirilir. Qarışdır-maq üçün taxta və ya plastik qaşıqdan istifadə olunsa, çiyələklər əzilməzlər.


Tarix: 27.12.2012 / 18:47 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 325 Bölmə: Saglamliq
loading...