Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Yağ nisbətini salan molekul

ABŞ-lı elm adamları yağ nisbətini salan molekul haqqında məlumatı işıqlandırıblar. Məlumata görə bu işi tədqiq edən elm adamları idman məşqlərinin orqanizmə təmin etdiyi faydaları araşdırarkən əzələlərdə yaranan kiçik molekulları müşahidə ediblər. "Beta- aminoisobütirikasit (BAIBA)” adlandırılan molekul, çəkinin azalmasına, bədəndəki yağ nisbətinin düşməsinə, enerjinin düzgün xərclənməsinə və qanda olan şəkərin yaxşılaşmasına səbəb olurmuş. Onların fikrincə bu molekul həm də yaşla birlikdə yaranacaq xəstəliklərin qarşısını almağa kömək edir.
Tədqiqatçılara görə 20 həftəlik məşqdən sonra, həmin molekulun bədəndə səviyyəsi də artır.
Nüfuzlu tibb mərkəzlərdən hesab olunan Massachusetts General Hospital (ABŞ) tədqiqatçıları, idman məşqləri sayəsində yaranan bu molekulun insan bədəninə olan faydalarını təsdiq ediblər.
Tibb jurnallarının birində dərc olunan məqaləyə görə siçanlar üzərində aparılan tədqiqatlar da bunu sübut edib. Araşdırmada, məşq əsnasında əzələlər tərəfindən çıxarılan molekulun, yaranan çoxlu sayda enerji və kalorinin depoladığı ağ yağları, enerji, kalori yandıran qəhvəyi yağlara çevirdiyi və qan şəkəri səviyyəsini yaxşılaşdırdığı bildirilir.


Tarix: 08.01.2015 / 11:53 Müəllif: Aziza Baxılıb: 31 Bölmə: Saglamliq
loading...