Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Viaqranın Əvəzedicisi Olan Qidalar

Son zamanlar insanların əksəriyyəti cinsi həyatlarında bəzi problemlər yaşayır. Bunun nəticəsində də sonsuzluqdan, aybaşı pozğunluğundan, vaxtından əvvəl aybaşıdan kəsilmədən, sperma pozğunluğundan, eroziya və s. cinsi xəstəliklərdən əziyyət çəkənlərin sayı günü gündən artır. Bir çox cinsi xəstəliklərin yaranmasının əsas səbəbi isə cinsi zəifliklə bağlıdır. İnsanlar cinsi zəiflikdən xilas olmaq üçün bir çox vasitələrə müraciət edirlər xüsusən də bir çox aktivlik yaradan pereparatlara və əsasən də viaqraya.

Keçmişdə yaşamış insanların həyatına nəzər salsaq cinsi zəiflikdən, cinsi xəstəliklərdən, sonsuzluqdan əziyyət çəkənlərinin sayının daha az olmasının şahidi olarıq. Unutmayaq ki, o zaman nə cinsi aktivlik yaradan pereparatlar nə də viaqra hələ icad olunmamışdı. Bəs keçmişdə insanların cinsi həyatlarını problemsiz yaşamaqlarına şərait yaradan əsas vasitə nə idi?

Milli.Az olaraq Viaqra və bəzi cinsi aktivlik yaradan pereparatların əvəz edicilərini sizə təqdim edirik. Həmin əvəzedicilər hansısa pereparatlar deyil. Ev şəraitində hazırlayıb qidalanmanızda istifadə etməklə cinsi zəiflikdən və cinsi xəstəliklərdən xilas olmağınıza şərait yaradacaq bəzi qarışıqlardır.

Son zamanlar kişilərin əksəriyyəti cinsi zəiflikdən, sonsuzluqdan, sperma pozluğundan və eroziyadan əziyyət çəkir. Bu problemlərdən xilas olmaq üçün kişilərə Viaqra əvəzləyici enerji qarışığını təqdim edirik.
Tərkibi: bal, doşab (bəhməz), püstə, qoz, fındıq, badam, kişmiş, şüyüdün kök hissəsi, zəfəran və sarıkök.

5 xörək qaşığı bala 3 xörək qaşığı doşab əlavə edin. Püstə, qoz, fındıq, badam, kişmiş, şüyüdün kök hissəsini yaxşıca əzib püre halına gətirərək bal və doşab qarışığına əlavə edin. Üzərinə zəfəran və sarıkök tökərək yaxşıca qatışdırın və gündə iki dəfə səhər yeməyindən və axşam yeməyindən 20 dəqiqə sonra 1 xörək qaşığı qəbul edin. 10 gün bu qatışığı qəbul etdikdən sonra cinsi problemlərinizə xeyirli təsir göstərdiyinin şahidi olacaqsınız.

Cinsi zəiflik, aybaşı pozğunluğu, vaxtından əvvəl aybaşıdan kəsilmə əksər qadınların rastlaşdığı cinsi problemlərdəndir. Bu problemin həlli üçün əsrlərdən bəri xanımların istifadə etdiyi bir içki var.

500 gr suya bir orta ölçülü soğanı dörd yerə bölüb əlavə edin və qaynadın. Qaynanmış suyu gündə bir dəfə bir armudu stəkan ölçüsündə 1 çay qaşığı bal ilə 10 gün ərzində için. Tezliklə xeyirli təsirinin şahidi olacaqsınız. Bundan əlavə hər gün səhər oyananda əncir mürəbbəsi ilə çay için. Çünki əncir mürəbbəsi seksual aktivliyin artmasına təsir göstərir bu səbəbdən də əncir qadınların meyvəsi hesab edilir.


Tarix: 27.12.2012 / 19:04 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 427 Bölmə: Saglamliq
loading...