Qış mövsümünün gəlməsi ilə birlikdə bəzi hallarda qripə tutulma halları olur. Xüsusilə gərgin iş rejimi olanlarda və qidalanmasına diqqət edə bilməyənlərdə immunitet zəifləyir və qış xəstəlikləri (soyuq qəbulnluğu, qrip və s.) yaranır. Sağlamlığa faydası olan C vitaminli təbii meyvə aromalı mineral sular, 2 stəkan təzə sıxılmış portağal suyunda olan vitaminlərlə eyni təsir göstərə bilər. Qripə qarşı olduqca təsirlidir.
Xüsusi ilə qeyd etmək lazımdır ki, hüceyrələrin sağlam ola bilməsi və funksiyalarının yerinə yetirməsi üçün minerallara ehtiyacı olur. Qanın formalaşması, sağlam sinir funksiyaları və digər bir çox fəaliyyətlər sayəsində bədənimiz minerallardan istifadə edir. Vitaminlər kimi, minerallar də bədənin enerji çıxarma, böyümə və yaxşılaşma kimi funksiyalarının təmin edilməsinə köməkçi olur. Bu səbəbdən vitamin və digər qidaların bədənə faydalı ola bilməsi üçün minerallara ehtiyacı olur.
Mədən suyunun tərkibində olan dəmir, xəstəliklərə müqaviməti artıraraq, yorğunluğu azaldır və qanın qırmızı hüceyrələrinin oksigenləşməsini təmin edir.
Limon aromalı C vitaminli mədən suyu da, qış aylarında bədənin ehtiyacı olan mineralların qəbulunun yanında 60 mg C vitamini almanızı təmin edir.
Təbii mədən sularında həll olan kalsium, maqnezium və natrium kimi ana minerallar, flüor, yod kimi əsər elementlər və bikarbonat, sulfat kimi ionların, bir sıra fizioloji funksiyalar üzərinə dəstəkləyici təsirləri və bir çox xəstəliklərin müalicəsində də müsbət təsirləri müəyyən edilmişdir.
Tarix: 08.01.2015 / 11:06 Müəllif: Aziza Baxılıb: 41 Bölmə: Saglamliq