Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Genləri sağlam edən daha bir faktor

Məlumata gör ailədə sevgi və şəfqət görən uşağın genləri də sağlam olur. Bunu Pamukkale Universitetinin Tibb Fakültəsində fəaliyyət göstərən Prof. Dr. Həsən Herken söyləyib.

Avropa ölkələrində siçanlar üzərində təcrübələr də göstərib ki, yaxşı baxılan siçan balalarında stress, kortizol və metilasyon sürəti aşağı olur, genlər zədələnməyə az məruz qalır.

Prof. Dr. Həsən Herkenin sözlərinə görə xarici faktorlar genlər üzərində təsirlidir. Pis bəslənmə, ailə içi ünsiyyət pozuqluğu, hava çirkliliyi, doğum həblərindən istifadə, körpənin əmizdirmə müddəti kimi bəzi faktorlar genlərin zədələnməsinə səbəb olur. Ona görə də sevgi və qayğı ilə böyüyən uşaqlarda depressiya və ruhi xəstəliklər olmur. Bu baxımdan ailə içi yaxşı ünsiyyət, düzgün təlim-tərbiyyə, ana ata sevgisi, şəfqəti olduqca vacibdir. Bütün bunlar uşaqlarda olan gen zədələnməsinə müsbət təsir göstərir.


Tarix: 08.01.2015 / 12:21 Müəllif: Aziza Baxılıb: 56 Bölmə: Saglamliq
loading...