Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Telefondakı bakteriyalara diqqət

Ağıllı telefonlarda sağlamlığa zərərli hesab olunan bakteriyalar ola bilər. Bu isə müəyyən mənada sağlamlıq üçün təhlükəlidir.
Bu baxımdan ağıllı telefon istifadəçiləri telefonlarına biganə qalmamalı, telefon təmizliyinə diqqət göstərilməlidir.

İngiltərədə olan Surrey Universitetinin mikrobiologiya tədqiqatları cib telefonları üzərində bir çox bakteriyanın olduğunun göstərib.

Mikrobiologiya şöbəsinin tələbələri mobil telefonları daha yaxından izləməyə qərar verdikdə gözləmədikləri mənzərə ilə qarşlıaşıblar.

İnanılmaz görünsə də, hər gün istifadə etdiyimiz telefonların üzərində bakteriya o, qədər də az deyilmiş.
Buda öz növbəsində vaxtlarını mobil telefonla keçirən uşaqlara zərər edirmiş. Bu hal uşaqların şəxsi emosiyalarına da təsir göstərir.
Uşağın virtual əyləncələr aləmində olması onların sosiallaşmasının da qarşısını alır.
Nəticədə böyüməkdə olan nəsil külli miqdarda faydalı informasiya əldə etsə də, uşaqlar üçün çox əhəmiyyətli olan canlı ünsiyyətə mənfi təsir etdiyi üzə çıxıb.

Telefonları bakteriyalardan uzaq tutmağın yolu isə təmiz saxlamaq və tez-tez silməkdir.


Tarix: 08.01.2015 / 11:06 Müəllif: Aziza Baxılıb: 36 Bölmə: Saglamliq
loading...