Çəkinizi azaltmaq üçün sıx və ağır pəhrizlər tətbiq edirsiniz, son dərəcə nizamlı, şüurlu tamamilə arıqlamağa fokuslanmış idmanlar edirsiniz və nəticədə istədiyiniz ideal çəkinizə çatırsınız.
Əsl problem bundan sonra başlayır. İtirilən çəkiləri geri almamaq və formanızı qorumaq lazımdır. Bu məqaləmizdə iştahımızı idarə etmək, arıqlamaq dərmanları, şirniyyatın çəkimizə təsiri, itirilən çəkinin geri almamaq kimi mövzulara toxunacağıq.
İştah niyə tamamilə bağlanır və ya heç cür bağlanmır?
Əslində iştah idarəsinin, idarədən çıxması birdən birə olan bir vəziyyət deyil. Çoxumuz uşaqlığımızda onu da ye bunu ye təzyiqləri ilə arıq uşaq xəstə uşaqdır kimi səhv düşüncə ilə davamlı yemək yeməyə öyrəşdirilmiş olaraq böyümüşük. Bu vəziyyət biz böyüdükcə problem olaraq bizlə birlikdə böyüməyə davam edir. Çünki orqanizm müəyyən bir nöqtədə bizim onu idarə etməyimizə artıq icazə verməz və bağlanmaq bilməyən bir iştahla döyüşməyə başlayarıq.
Bunun yanına da psixoloji faktorlar əlavə olunar və tamamilə cığırından çıxar. Məsələn bəzi insanlar stressdə olduqlarında, depressiya dövrünə girdiklərində sürətlə çəki almağa başlayarlar. Çünki artıq bağlanmayan bir iştahları vardır və nə yedikləri nə qədər miqdarda yediklərini ölçə bilməz, təqib edə bilməz haldadırlar.
Bəzi insanlarda tam tərsi bir vəziyyət yaşayaraq depressiyaya girdiklərində iştahları tamamilə bağlanar və ən son nə vaxt yemək yediklərini belə xatırlaya bilməz və böyük ehtimalla təzyiq ya da qan şəkərləri azalar və huşunu itirmə halı keçirdiklərində ac olduqlarını xatırlayarlar.
Mövcud ideal çəkimizi qorumaq üçün nələr edə bilərik?
Əslində ideal çəkimizi qorumaq çəki verməkdən daha çətindir. Bu səbəblə özümüzə bu qədər vaxt pəhrizdəyəm ideal çəkimi qorumaq üçün bunları yeməyim lazımdır kimi yemək siyahısı hazırlasanız əmin olun ən qısa müddətdə o siyahını zibilə atar, əvvəlki çəkinizə geri qayıtmaq üçün sürətlə yola çıxarsınız.
Verilən çəkiləri geri almamaq üçün ən qəti yol, hər gün yeyə biləcəyiniz ancaq az yeyə biləcəyiniz, davamlılığını təmin edə biləcək dərəcə çətin olmayan bir yemək vərdişi əldə etmənizdir. Yəni çəkinizi qorumaq üçün hazırlayacağınız yemək siyahılarınız ömür boyu sizin həyat tərziniz ola biləcək yeməklər olmalıdır. Yoxsa qısa vədəli çəki idarəsini təmin edəcək yemək siyahıları, sizi sürətlə köhnə çəkinizə qaytara biləcək.
Yalnız salat ilə qidalansam tox olarammı?
Xeyr. Karbonhidrat qəbul etmədiyiniz heç bir qida sizi tox tutmayacaq. Ancaq çox karbonhidrat da sizi sürətlə çəki almaq yoluna sürüyəcək. Bu səbəblə az çox miqdarlarda hər pay karbonhidrat tərkibli qidalar qəbul edərək tox qalmağı təmin edə bilərsiniz.
Bunun yanında sadə salat yerinə zülal tərkibli qidalar əlavə etsəniz tox qalmanız daha da asanlaşar. Məsələn salatınızın üzərinə səpəcəyiniz bir miqdar pendir kimi.
Zəifləmə dərmanı istifadə edərək çəki verə bilərmi?
Həkim tövsiyəsi və həkim nəzarəti xaricində istifadə edilən dərmanlardan başqa heç bir arıqlamaq həbini öz başınıza, heç bir araşdırma etdirmədən əsla istifadə etməyin.
Çünki bəzi zəifləmə dərmanları ürək, təzyiq, şəkər xəstələrini ölümə qədər apara bilməkdədir. Bundan başqa arıqlamaq həbləri ilə zəifləyən bir çox adamın arıqlama həbi bitimindən sonra verdikləri çəkilərin daha çoxunu sürətlə aldıqları bilinən bir gerçəkdir.
Yeməkdən əvvəl şirin və ya meyvə yemək arıqladarmı?
Yemək əvvəli yenilən şirniyyatlar əksinə əsla tox saxlamaz və iştah bağlayıcı xüsusiyyətə sahib deyil. Yalnız özünüzü daha enerji dolu hiss etmənizi təmin edər və yemək sonrasında şirin yeyilən zaman hiss edilən həzmsizlik hissini yaşamazsınız. Bunun xaricində yemək əvvəlində şirin yeyərək iştahın bağlanması və arıqlanması kimi düşüncələr düzgün deyil.
Tarix: 27.12.2012 / 19:22 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 482 Bölmə: Saglamliq