Yaxşı bir yuxu ürəyin dərmanı hesab olunur. Araşdırmaya görə gündə yeddi saat və daha çox yatmaq ürək sağlamlığı baxımından olduqca xeyirlidir.
Ürəyə faydalı olan yuxunun digər vacib məsələlər kimi xüsusi gigiyenası var. Bu baxımdan onlara əməl etmək sağlamlıq və ürək xəstəlikləri baxımından vacibdir.
Bunlar aşağıdakılardır:
• Özünüzü yuxulu hiss etmədən yatağa getməyin. Yatma vaxtında yuxu hiss etmirsinizsə, başqa bir şey edin. Kitab oxuyun, yüngül bir musiqi dinləyin və ya bir jurnala baxın. Bu sizin bədəninizi rahatlaşdıracaq;
• İlıq duş, yüngül yemək və s. rahatlaşdırıcı məşğuliyyətlər yatmazdan əvvəl faydalı hesab olunur;
• Bəzi vərdişlərin yuxu nizamına və yuxu keyfiyyətinə mənfi təsiri olur. Odur ki, həmin məsələlərdə ehtiyyatlı olmaq lazımdır. Yataqda televizor seyr etmə, kitab-qəzet oxuma, kompüter oyunu oynama, yemək yemə kimi davranışlardan uzaq olmaq məsləhətdir;
• Yuxu həblərindən qaçının və ya diqqətlə istifadə edin. Unutmayın ki, yuxu nizamlı bir vərdişdir və özbaşına olması lazım olan bir haldır. Bu səbəbdən dərmanla təmin edilən yuxu sizə faydadan çox zərər verir;
• Yatma vaxtına yaxın saatlarda ağır qida qəbulunu dayandırmaq məsləhətdir;
• Yatma vaxtından əvvəl altı saat içərisində ağır məşqdən qaçının. Nizamlı olaraq ancaq günün daha erkən saatlarında məşq etmək vacibdir.
BBC-nin məlumatına görə məşq etmə, sağlam qidalanma və s. faktorlar kimi yuxu amili də həyat tərzinə müsbət təsir göstərir.
Avropalı tədqiqatçılar normal yuxunun ürək sağlamlığına faydasından bəhs ediblər. Onlar, bu işdə sağlam həyat komponentləri ilə birlikdə yuxunun təsirini araşdırıblar.
Norveçin Bergen Universitetindən Professor Grethe S Tell, dərc etdirdiyi məqalədə araşdırma nəticələrinin içtimai sağlamlıq baxımından və valideynlər tərəfindən diqqətlə qiymətləndirilməsindən danışıb. İçtimai sağlamlığa görə dəyərləndirmə apardıqda yuxu da daxil olmaqla hər şeyin qədərindən çox istifadəsi yaxşı nəticə vermir. Yuxunun faydaları ilə müxtəlif çətinlikləri də olur. Belə ki, çoxlu yatmaq sayəsində həyat tərzində müxtəlif çətinliklər yaranır. Bura tənbəllik, düzgün olmayan vərdişlər, ətraf mühitə etimadsızlıq, hansısa bir problemə görə özünə qapanma ilə yaranan psixolji problemlər və s. daxildir.
Bu baxımdan normal yuxu ilə bərabər aktiv həyat tərzinin vacib elementlərinə də diqqət yetirmək vacibdir.
Tarix: 08.01.2015 / 12:25 Müəllif: Aziza Baxılıb: 81 Bölmə: Saglamliq