Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Dişiniz Ağrımasın

İnsanlar adətən gözlənilməz vaxtlarda dişlərində ortaya çıxan, təcili problemlərə qarşı ilk köməyin necə ediləcəyi mövzusunda kifayət qədər məlumata sahib deyillər. Halbuki ediləcək çox asan tədbirlərlə daha sonra həll olması daha çətin olan problemlərin qarşısı alına bilər.

Təcili yanaşma tələb edən diş problemləri hansılardır?

Diş Qırılması
Müalicəyə kömək olacaq fikri ilə mümkünsə qırılan diş hissəsi tapılaraq qoruma altına alınmalıdır.
30 dəqiqə ərzində diş həkiminə gedilməlidir.
Yeri gəlmişkən həmin hissədə qanama yaranıbsa təmiz qazlı parça ilə təzyiq olunmalıdır. Təzyiq edilməsinə baxmayaraq qanama 15 dəqiqə ərzində kəsməzsə ən yaxın səhiyyə ocağına müraciət edilməlidir.
Diş qırılmaları, dişlərin yerindən oynaması ya da çıxması, ağız bölgələrində yaralanmalar və beyin sarsıntısı və əsas da basketbol, futbol və s kimi kontakt idmanları edərkən yaranan çarpma və yıxılmalarla nəqliyyat qəzaları nəticəsində yaranmaqdadır. Xüsusilə
kontakt idmanla məşğul olan uşaqlarda yarana biləcək ağız yaralanmalarını və diş qırılmalarının qarşısını ala bilmək üçün tətbiq olunacaq ən uyğun metod ağız qoruyucusundan istifadə əməllərini təmin etməkdir.
Diş zərbə nəticəsində yerini dəyişdirərsə barmaqla yüngül basılaraq əvvəlki vəziyyətinə gətirilməlidir.
Dişi yerinə basarkən qəti olaraq zor tətbiq edilməməlidir.
Ən gec 30 dəqiqə ərzində həkimə müraciət edilməlidir.

Daimi dişin yerindən Çıxması
Yerindən çıxan diş tapılmalıdır
Tapılan diş tac (qapaq) hissəsindən tutulmalıdır. Dişi kök hissəsindən tutaraq oradakı toxumaların daha çox xəsarət almasına səbəb olunmamalıdır. Əgər dişin kök hissəsindəki toxumaları daha çox xəsarət alarsa dişin yerinə taxılması mümkün olmaya bilər. Qapaq hissəsindən tutulan dişin üzərində olan kənar maddələr axan suyun altında yuyulmalıdır.
Diş səthinin təmizlənməsi əsnasında ovma işi tətbiq edilməməli və qəti olaraq fırça istifadə edilməməlidir.
İlk növbədə dişi yerinə yerləşdirməyə çalışmaq lazımdır.
Dişi yerinə yerləşdirərkən həddən artıq qüvvət tətbiq edilməməlidir, əks halda diş və diş yuvasında ciddi xəsarətlərə səbəb ola bilər.
Diş yerinə yerləşdirilibsə, yerində sabit qalması üçün üzərinə isladılmış parça qoyaraq dişləmək lazımdır.
Bu şəkildə ən qısa müddətdə diş həkiminə müraciət edilməlidir.
Əgər diş yerinə yerləşdirilməyibsə diş həkiminə gedənə kimi süd və ya suyun içində qorunmalıdır.
Yerindən çıxmış dişin yenidən bərpa edilməsi üçün diş toxumarının artıq zədələnməməsi və mümkün olduğu qədər tez həkimə müraciət edilməsi vacibdir.
Uyğun şərtlərdə qorunubsa və ən gec yarım saat ərzində həkimə müraciət olunubsa dişin təkrar yerinə yerləşdirilməsi və qurtulmaq şansı 90%-dir.

Dodaq və yanaq Yaralanmaları
Yaralı hissə ilıq su ilə təmizlənməlidir
Yara hissədə qanama varsa qanamanın dayanması üçün bint asılması tətbiq edilərək yarım saat saxlanarsa qanama dayandırılar
Yanaq və ya dodaq xaricindən soyuq kompres tətbiq edilməlidir.
Əgər yara çox böyükdürsə və qanama davam edirsə diş həkiminə və ya ən yaxın poliklinikaya müraciət edilməlidir

Diş çəkilməsindən sonra Yaranan qanamalar
Diş çəkilməsindən sonra yaranan yüngül qanamalar normaldır.
Şiddətli qanama varsa cəld həkiminizə və ya ən yaxın sağlıq mərkəzinə müraciət edin
Sızıntı formasında qanama varsa çəkilmiş yerə qoyulan binti basaraq tutularsa qanama dayanar.
Əgər diş qanamanız hələ də davam edirsə ən yaxşı yöntəm diş həkiminizə müraciət etməkdir. Bu da mümkün olmasa bir çay paketini suda isladaraq bintə dolayın və çəkilən yerə qoyun. Çay yarpağı içində mövcud olan qanın laxtalanmasına köməkçi minerallar sayəsində yarım saat ərzində qanama dayanacaqdır.
Əgər bir nəticə əldə olunmasa diş həkiminizə və ya ən yaxın tibb mərkəzinə müraciət edin

Diş Ağrısı
Ağrıyan diş üzərində və dişlərin arasında olan qida yığıntıları, diş şotkası və ya diş ipləri istifadə olunaraq təmizlənməli və yarım çay stəkanına yarım çay qaşığı duz əlavə edilərək əldə edilən duzlu su ilə ağız yaxşıca yaxalanmalıdır.
Qəti olaraq ağrıyan dişin üzərinə aspirin və ya hər hansısa bir ağrıkəsici dərman tətbiq edilməməlidir. Kimyəvi hazırlığı ilə bu cür dərmanlar diş ətində və ətraf yumşaq hissələrdə qıcıqlanmalara səbəb ola bilər. Bu da diş ağrısının yanında ikinci bir ağrının başlamasına səbəb olacaqdır.
Əgər iltihab səbəbilə üzdə şişlik yaranıbsa o hissəyə soyuq kompres edilməlidir.
Diş həkiminə getməzdən əvvəl bir ağrıkəsici dərman qəbul etmək olar.
Diş üzərində çürük səbəbindən oyuq yaranıbsa ora az miqdarda qərənfil yağı (eugenol) ilə isladılmış pambıq qoymaq olar. Eugenol ağrının azalmasını təmin edəcəkdir. Lakin bunu edərkən eugenol çox istifadə olunaraq diş ətinə sızmasına yol verilməməlidir. Çünki qərənfil yağı da yumşaq hissələrə məhvedici təsir göstərir.
Tez bir zamanda həkimə müraciət edilməlidir.
Həkiminizin yanından ayrıldıqdan sonra tənzifi yerində saxlayın. Qanama varsa ikinci tənzifi də qanama yerinə tətbiq edə bilərsiniz.
Çəkilişdən sonra 4-5 saat sızıntı formasında qanama ola bilər
Çəkilmədən sonra mümkün qədər başınızı yuxarı tutaraq yatın
Çəkilişdən sonra 2 saata qədər heç nə yeməyin. İsti yeməklərdən qaçın.
Spirtli içki və ya qanamanı artıracaq dərmanlar istifadə etməyin
Əgər hər hansısa bir problem olarsa (diş ağrısı, uzun çəkən qanama) diş həkiminizə müraciət edin.


Tarix: 27.12.2012 / 11:33 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 427 Bölmə: Saglamliq
loading...