Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qış aylarında soyuqdan qorunmaq üçün təsirli üsullar

Soyuq hava şəraitində ehtiyatsızlıq ucbatından bəzi insanlarda infeksion xəstəliklər baş qaldırır. Bunun əsas səbəblərindən biri sağlamlığa diqqət etməmək, düzgün qidalanmamaq və qalın paltarlara üstünlük verməməkdir. Həmçinin iş, ev və digər mühitlərdə istilik sobalarından düzgün istifadə etməmək və özünü soyuğa vermək pis təsir göstərir. Bu baxımdan qış aylarında soyuqdan qorunmaq üçün təsirli üsulları bilmək və ona riayət etmək lazımdır. Üşümə xəstəliyi olan insanlar xalq arasında "vicks" kimi tanınan mentollu losiyondan ayaq nahiyəsinin altına çəkə bilərlər. Bu mentol sayəsində yeriyərkən üşümədən qorunmaq olar.
İnsan bədəni daha çox ayaqdan üşüməyə başladığı üçün bazası yüksək, su keçirməyən ayaqqabılardan istifadə uyğundur.

Lazımi miqdarda yuxu isə soyuqdan qorunmağa təsirlidir.

Boyun və baş qismi də ayaqlar qədər əhəmiyyətlidir. Xəstə olmamaq üçün küçəyə çıxarkən boyun və baş qisimini qorumaq üçün, şərf, şal və bərə geyimlərdən istifadə etmək məsləhətdir.

Sağlam qidalardan, vitaminlərdən və dərman preparatlarından əlavə, istəyə uyğun qaynar çay və suplardan dadmaq soyuğa qarşı qoruyucu təsir bağışlayır.
Həmçinin quru meyvələr, bol tərəvəz, taxıl və qış meyvələri də insanın immunitetinə təsir göstərir.

Onuda qeyd etmək lazımdır ki, qış paltarlarından istifadə zamanı bədənin üst və alt qisimlərində olan içliklərdən istifadə daha yaxşı təsir göstərir.


Tarix: 08.01.2015 / 11:03 Müəllif: Aziza Baxılıb: 29 Bölmə: Saglamliq
loading...