KİŞMİŞ beyinə xeyirlidir
Kişmiş tərkibindəki bor sayəsində beyin funksiyalarını yaxşılaşdırır. Həmçinin sümük və sinir hüceyrələrini, ürək döyüntüsünü tənzimləyən maqneziumla boldur. Saçların uzanması üçün vacib vitaminlərlə zəngin olmaqla yanaşı yaşlanmanın qarşısını alır, siqaret və içkinin zərərli təsirini azaldır. Quranda da (Ən’am surəsi 99) adı çəkilən meyvələrdən olan üzümün qurudulması ilə əldə edilən kişmiş faydaları baxımından çox qiymətli bir qidadır. Bəzi qida dəyərləri yaş
üzümdən çoxdur. A və B l vitaminləri ilə kalsium, kalium, dəmir və natrium kimi mineral-ları ehtiva edir. Bundan əlavə, 100 qram kişmişdə 290 kalori var.
Kişmiş adi halda yeyilə biləcəyi kimi cemi və kompotu da edilə bilər. Ayrıca, bir çox şirniyyatın və keksin içinə də qatılır. Tumları alınıb qara bibərlə birlikdə yeyilsə böyrəklərə yaxşı gələr və böyrək qumlarmı tökməyə köməkçi olar. Bəkməz ilə birlikdə qansızlığı aradan qaldırmağa köməkçi olar. Bundan əlavə üzüm tumundan çıxarılan üzüm yağı ürək xəstəlikləri və xolesterolda faydalıdır.
Kişmiş çox yaxşı bir enerji qaynağıdır. Qanı artırır və bədəni kökəldir. Qaraciyərə faydalıdır. Sinə xəstəliklərinə yaxşı gəlir. Bəlğəmi sökür. Qida dəyərləri ilə xüsusilə uşaqların inkişafını dəstəkləyir. Bundan başqa, kişmişin içərisində ağrı kəsici və başda oynaq iltihabları olmaq üzrə iltihab önləyici maddələr də var.
QOZ
şəkər xəstəliyinin də dərmanıdır
Payızda yetişkinləşən bu böyük nüvəli meyvənin iç qismi 2 bölməyə ayrılır. Toxum 2 yumşaqlı, yağlı və ləzzətlidir, həmçinin yodla zəngindir. Qoz bitkisinin toxumun-dan qida məhsulu kimi, yağından mətbəxdə və təbabətdə istifadə olunur. Bağırsaqları yumşaldır. 2 ovuc qozu 10 ovuc əncir və qatıqla qarışdırıb yemək orqanizmi təmizləyir. Köhnəlmiş qozu bədənin gərilmiş əzələ yerinə sürtmək həmin yeri müalicə edir. Qozla saça maska çəkmək tük tökülməsinin qarşısını alır. Yaşıl yetişməmiş qozun suyunu bal və üzüm sirkəsi ilə qarışdırıb qarqara etmək ağız-dakı yaraları, damaq və diş qanamasını müalicə edir. Təzə qoz yarpağını alına sürtmək baş ağrısını kəsir. Qoz ağacının şirəsini çeynəmək diş ağrısına xeyirlidir. Qoz yağmı isidib içmək bud ağrılarını sakitləşdirir. Qoz yağı həm də əsəbləri sakitləşdirir, tük tökülməsinin qarşısını alır.
Xərçəngə qarşı qoz
ABŞ-ın Qərbi Vircinia ştatında yerləşən Marshall Universiteti əməkdaşlarının araşdırmaları nəticəsində məlum olub ki, qoz süd vəzi xərçənginin qarşısını alır. Təcrübələrində süd vəzi xərçənginə tutula bilən siçan növlərindən istifadə edən elm adamları laboratoriya şəraitində bir qrup siçanı normal qida ilə bəslədikləri halda digər bir qrupa hər gün bir ovuc qoz yediriblər. Nəticədə qoz yeyən siçanlarda süd vəzi xərçəngi əlamətlərinin digərlərinə nisbətən yox dərəcəsində olduğu qeydə alınıb. Araşdırmanın rəhbəri Elaine Hardman qoz və bu kimi qida məhsulları ilə qidalanmaqla bir çox xroniki xəstəliklərin qarşısını almağın mümkün olduğunu vurğulayıb. Amerika Xərçəng Tədqiqatı Birliyinə təqdim olunan təcrübədə qozun tərkibinin xərçəngin inkişafina mane olan omeqa 3 turşusu, antioksidan və bitki mənşəli sterol kimi maddələrlə zəngin olduğu göstərilib.
Mütəxəssislər qozun qadın-ların hamiləlik zamanı ürək bulanmasına yaxşı təsir edəcəyini və qanda zərərli xolestrolun yığılmasının qarşısını alaraq, yüksək xolestrolu azaltdığını söyləyir.
Qozun damarda trombların əmələ gəlməsinin qarşısının alınmasında və şəkər xəstəliyinin müalicəsində də son dərəcə təsirli olduğunu bildirən mütəxəssislər, qoz yarpağını qaynadaraq su ilə sulandırılıb gündə bir neçə fincan içilərsə şəkər xəstəliyinə yaxşı təsir göstərdiyini qeyd edib. Mədə və bağırsaq ağrılarının azalmasında, təzə meyvəsindən hazırlanmış mürəbbədən diş əti xəstəliklərinin müalicəsində və vitamin çatışmazlığında istifadə edilir. Təzə qozu balla yedikdə cinsi gücü artırır.
Qoz mürəbbəsi
Emal edilmiş qoz – 1 kq, şəkər – 1,5 kq, limon turşusu – 3 q, mixək – 3 q və ya hil – 3 q (50 əd. qoza 1 kq şəkər)
Mürəbbə bişirmək üçün diametri 24 mm-dən az olmayan qabığı odunlaşmamış sütül qoz götürülür. Qozun qabığı nazik soyulur, gündə 2-3 dəfə suyunu dəyişmək şərt ilə 9 gün suda saxlanılır. Sonra qoz əhəng suyuna qoyulur. Beləliklə, bişirilmiş qozlar qaynar suda 20-25 dəqiqə pörtlədilir və suyu atılır, üzərinə şərbət əlavə edib 2-3 dəfəyə bişirilir. Axırda limon turşusu, mixək və ya hil əlavə edilir. Ümumiyyətlə, qoz mürəbbəsi 10 gündən az olmayaraq hazırlanır.
Qeyd edək ki, əhəng suyunu hazırlamaq üçün 500 qram təmiz əhəng 3 litr suda həll edilib, 3-4 saat saxlanılır və çökmüş əhəngin üst qatındakı şəffaf məhlul tənzifdən süzülür.
BADAM
məlhəmdir
Badam müxtəlifliyinə görə iki yerə ayrılır: şirin badam, acı badam. Şirin badam təzə halda yeyilir və geniş miqyasda qənnadı sənayesində istifadə edilir. Acı badamdan badam yağı və 0,5-0,8% miqdarında efir yağı alırlar. Bu məhsullar ətriyyat, əczaçılıq sənayesində kamfora, məlhəm, emulsiya istehsalı üçün istifadə olunur. Badam efir yağından bəzi ətriyyat məmulatlarının ətirləndirilməsi üçün istifadə edilir. Ondan, həmçinin aktivləşdirilmiş kömür də alırlar.
Badam insan orqanizmi üçün də xeyirli xassələrə malik olan bir meyvədir. Sinəyə xeyirlidir. İnsanı kökəldir və beyin üçün faydalıdır. Bağırsaq yarası, mədə pozğunluğu və təngnəfəsliyi müalicə edir. Yetişməmiş badam diş kökünü möhkəmləndirir. Badam yağı həm də quduz it dişləməsinə qarşı, mədə ağrısı və quru öskürək üçün xeyirlidir. Badam yağı ilə onurğa sütununu yağlamaq qocalıqda tez əyilmənin qarşısını alır. Acı badam isə ağciyərə xeyirlidir. Onu bal ilə yemək qaraciyərə və dalağa dərmandır. Yağı üzdəki ləkələri aparır, qırış və çatlaq üçün məlhəmdir. Yağını qulağa damcılatmaq qulaq ağrısını kəsir.
Araşdırmalar zamanı məlum olub ki, badam qanda xolesterinin miqdarını aşağı salma xüsusiyyətinə malikdir. Tədqiqatda iştirak edən 25 iştirakçı 4 həftə ərzində 3 müxtəlif pəhriz tutublar. Kalorinin miqdarından asılı olmayaraq gündəlik rasionda badam yağının miqdarı artmağa başlayıb. Birinci pəhrizdə badam özünü büruzə verməyib. İkincidə artıq 10 % axırıncıda isə 20% artım hiss olunub. Nəticələr belə idi: menyuda nə qədər çox badam olarsa, qanda xolestrinin miqdarı bir o qədə aşağı düşür. Sonuncu mərhələdə iştirakçılar gün ərzində təxminən 70 qr badam yeyib.
Badam omeqa 3 qaynağıdır tərkibindəki E vitamini şəkə xəstəliyi riskini azaldır, sümüklər möhkəmləndirir. Tərkibindəki kalsium sümük əriməsinin qarşısını alır, maqnezium isə baş ağrısı yuxusuzluq, yorğunluq, baş gicəllənməsinin qarşısını alır. Həftədə ən az 5 ədəd badam yeyənlərdə ürəklə bağlı narahatlıqlara daha rast gəlinir. Badamdakı yağlar xolestrolu azaldır, immuniteti gücləndirir. Böyümə, inkişaf, həmçinin hamiləlik vaxtı lazım olan vitaminlərlə zəngin olan badam dad və iy bilmə qabiliyyətini artırır.
FINDIQ
ürəyi qoruyur
Fındığın tərkibi yüksək faizli zülal, yağlar, karbohidratlar və yük-sək enerjili qiymətə malikdir. Fındıq insan üçün enerji mənbəyi sayılır -100 qram fındıq ləpəsində 639 kkal, və yüksək faizli zülal 16-19% arası yerləşir.
Ləpələrin 65%-ini olein qliçerid, stearin və palmitin turşularından ibarət yağ təşkil edir. Bu turşular qanda xolesterinin artmasının qarşısını alır, qan-damar xəstəliklərindən qoruyur, həmçinin inkişaf edən orqanizmə olduqca lazımlıdır. Buna görə də fındıq uşaqların, cavanların, əsasən də yaşlıların qidasınım ayrılmaz bir hissəsini təşkil etməlidir.
Fındığın tərkibində olan B qrupu-vitaminlər və E vitamini ürək, əzələ, insanın reproduktiv sisteminin normal fəaliyyətinin ayrılmaz hissəsini təşkil edirlər. E vitaminin əsas özəlliyi onun orqanizmdə kanserogen faktorların əmələ gəlməsinə mane olması bacarığıdır. Yəni, E vitamini xərçəngə, ürək xəstəliklərinə və əzələ sisteminə qarşı güclü profilaktik üsullardan biridir.
Fındıq – mineral mənbəyidir
Fındığın tərkibində olan minerallar cavanlarla yanaşı yetkin orqanizm üçün də xeyirlidir. Kalsium sümük və dişləri möhkəmləndirir, dəmir qana lazımdır, sink cinsi hormonların hazırlanması, kalium əsəb və əzələ sisteminin fizioloji fəaliyyətinə gərəkdir. Tərkibində yüksək miqdarda olan kalium və kalsium natriumla birlikdə sümük quruluşunun effektiv inkişafına və yüksək qan təzyiqinin qarşısının alınmasına gətirib çıxarır. Fındıq həmçinin, əsəbləri sakitləşdirir, iştaha gətirir.
Tarix: 27.12.2012 / 18:45 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 903 Bölmə: Saglamliq