Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Üç günlük pəhriz

Pəhrizə dözümü olmayanlar üçün 3 günlük pəhriz
1-ci gün

Səhər: şəkərsiz qara qəhvə və ya çay, bir dilim qara çörək, araxis.
1-2 saat sonra yarım qreyfrut.
Günorta: ton balıq konservi, bir dilim qara çörək, 4 qırmızı turp.
Axşam: 100 qr dərisi soyulmuş, suda bişmiş yağsız toyuq əti, suda bişmiş 50 qr yaşıl lobya, 1 stəkan bişmiş çuğundurun şirəsi, bir-iki dilim suxari.
Yatmazdan əvvəl: 1 ədəd alma.
2-ci gün

Səhər: şəkərsiz qara qəhvə və ya çay, bir dilim qara çörək, araxis.
1-2 saat sonra 1 ədəd banan.
Günorta: 150 qr kəsmik, 4 qırmızı turp, keşniş.
Axşam: 2 ədəd suda bişmiş sosiska, yarım stəkan kök şirəsi, qara çörək suxarisi.
Yatmazdan əvvəl: 1 ədəd alma, çay.
3-cü gün

Səhər: şəkərsiz qara qəhvə və ya çay, bir dilim qara çörək, bir dilim pendir.
1-2 saat sonra 1 ədəd alma.
Günorta: 2 ədəd bişmiş yumurta, təzə xiyar, 4 qırmızı turp, bir dilim qara çörək.
Axşam: ton balığı, bişmiş çuğundur şirəsi, 100 qr gül kələmi, suxari.
Yatmazdan əvvəl: 200 qr yemiş və ya alma.

Bu pəhrizdən sonrakı 4 gündə yağlı yeməklər qadağandır. Yüngül qidalar məsləhətdir. Gündə 6-8 stəkan təmiz, qazsız mineral su içmək lazımdır.


Tarix: 27.12.2012 / 19:29 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 249 Bölmə: Saglamliq
loading...