Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Aclıq Gəldim deməz

Fərqli məqsəd və fərqli dad üçün 24 ərzaq

Mərəçüyüd

O, hər ikinizdə intim arzular oyada bilər (belə əcaib görünməsinə baxma). Bu bitkinin tərkibi testosteron və estrogen ifrazına səbəb olan E vitamini ilə zəngindir.

İstridyə

Yəqin, bilirsən ki, bu, güclü afrodiziakdır. Bildiklərinə bircə onu əlavə edə bılərık kir istridyənin tərkibi stnklə zəngındır, bunun sayəsində isə orqanizm daha çox testosteron ifraz edir.

Avokado

Bu meyvənin tərkibində yağ turşuları olduğu üçün orqanizmdə xüsusı maddələr yaranır, bunun nəticəsində isə saçlar və dırnaqlar daha da gözəlləşir.

Pomidor

Pomidorun qabığı sızanaqlardan müalicə üçün əla vasitədir, Onun tərkibində likopin olduğu üçün üzdə iltihabın qarşısını alır.

Şokolad

Kakaonun tərkibində sevgi hormonu olan çoxlu feniletilamin var. O, romantik əhval-ruhiyyə yaradır və ehtirası artırır. Bır dılım şokolad yedikdən sonra, sevgilinə yenıdən aşiq olacaqsan.

Qırmızı şərab

Qırmızı şərabın tərkibinə resveratro – antioksidant daxildir. Bu, qan dövranının sürətlənməsinə şərait yaradır, xüsusən də, intim əlaqə zamanı.

Çili bibəri

Bir çili bibərində kifayət qədər kapsaitsin olduğundan, sinir sonluqlarını stimulizə edir və qan dövranını yaxşılaşdırır. Yeməyinə ondan əlavə etsən, intim əlaqənin baş gicəlləndirici olacaq.

Qarpız

Onun tərkibindəki bütün orqanizmdə oksid azot miqdarını stabilləşdirir ki, bu da öz növbəsində damarları genişləndirir, qan dövranını yaxşılaşdırır və ehtirası artırır.

Çiyələk

Tərkibində bolluca C vitamini var. C vitamini qırış əleyhinə əksər kremlərin tərkibinə daxil olan kollagenin ifrazı üçün vacibdir. Dərimizin elastikliyinə görə məhz kollagenə minnətdar olmalıyıq.

Şaftalı

A vitamini ilə zəngin olan şaftalı yeni hüceyrələrin yaranmasına, köhnələrin aradan qaldırılmasına kömək edir. Dəri sağlam, elastikvə təravətli olur.

Qaragilə

Bu giləmeyvə E vitamini ilə kifayət qədər zəngindir. Ona görə də cavanlığının və gözəlliyinin keşiyində durur, dərinin təbii müdafiə gücünü artırır.

Göbələk

Tərkibində selen elementi olduğu uçun dərimizin elastikliyini qoruyur və azad radikallardan qurtulmaq üçün bizım ən böyük yardımçımız kimi fəallıq göstərır.

Kök

Kökün tərkibi stressi aradan qaldırmağa xidmət edən beta-karotinlə zəngindir. Ən yaxşı antidepressant kimi səhər yeməyinə bir neçə kök yemək məslahətdir, çünki səhər beta-karotin daha yaxşı həzm olunur.

İspanaq

Onun tərkibində səni pişik kimi sakitləşdirəcək maqnezium var. Bu element stressi azaldır, başağrısı barədə unutmağa səbəb olur. O, immuniteti gücləndirən E və təlaşı aradan qaldıran, ürəyin həyəcandan əsəndə qaçmağa yox, mübarizə aparmağa yardım edən B vitamini ilə zəngindir.

Qoz-fındıq

Onların hamısının tərkibində bolluca faydalı maddələr var. Onları cibinə atıb, gün boyu yeyə bilərsən; düşün ki, cibində A, B, E, vitaminləri, kalsium gəzdirirsən. Bütün gün enerji dolu olmaq vəzilərə də xeyirli olacaq.

Yulaf

Tərkibindəki qida lifləri əhval yüksəkliyinə səbəb olur. Üstəlik, yulafın tərkibində bolluca B vitamini olduğundan, enerjini karbohidratlardan ala biləcəksən.

Sarımsaq

Təzyiqi aşağı salan, güclü antibiotik olan sarımsağın bir dilimi bütün günə bəs edir, həm stress aradan qalxır, həm də sarımsaq sevməyən kişilər aradan çıxır.

Badam

O, immuniteti gücləndirən E və təlaşı aradan qaldıran, ürəyin həyəcandan əsəndə qaçmağa yox, mübarizə aparmağa yardım edən B vitamini ilə zəngindir.

Su

Sizim enerjimiz maddələr mübadiləsinin nə dərəcədə sürətli olduğundan asılıdır. Maye çatışmazlığı isə sistemin işinə zərbə vurur.

Mərcimək

Mərcimək karbohidrat, protein və kalsium mənbəyidir. Onun tərkibi B vitamin qrupu, sink, kalsiumla zəngindir. Bu nümunəvi məhsuldan başqa ərzaqlar da dərs ; götürsələr yaxşıdır.

Portağal

Tərkibindəki C vitamini vacib hadisə öncəsi təzyiqi aşağı salmağa, stress hormonu olan kortizolun səviyyəsini nizamlamağa kömək edir.

Banan

istənilən çətin vəziyyət metabolizmi sürətləndirir və orqanizmdə enerji mənbəyi olan kalsium çatışmazlığına səbəb olur. Banan isə bu maddə ilə zəngin olduğu üçün itkini bərpa edir.

Yumurta

Yumurta qədər proteinli ikinci ərzaq yəqin ki, tapmaq mümkün deyil. Səhər yeməyinə yumurta yesən, nahara qədər acımayacağına əmir ola bilərsən.

Meyvəlı-südlü kokteyl

Südlə qarışdırılmış meyvə əsl enerji partlayışıdır. Səhər bir stəkan kokteyl ilə şəndən şən, gümrahdan daha gümrah olacaqsan.


Tarix: 26.12.2012 / 20:19 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 834 Bölmə: Saglamliq
loading...