Tibb alimlərinin apardığı yeni araşdırmalar zamanı məlum olub ki, 3 yaşından balaca uşaqların televizor izləməsi onlarda bir çox problemlər yaradır.Tibb jurnalı olan «Archives of Disease in Childhood»da nərc olunan elmi məqalədə bildirilir ki, uşaqların televizor və kompüterə olan asılılığı onlarda uzun müddətli fiziki narahatlıq yaradır. Araşdırmalara görə, üç yaşlı uşaqların televizora baxması heç bir halda qəbul edilməzdir.Qeyd edək ki, ABŞ, Kanada və Avstraliya kimi ölkələrdə valideynlər azyaşlı uşaqlarını televizora baxmaqdan çəkindirməyə çalışır. Ancaq bir çox ölkələrdə azyaşlıların televizora baxmasına nəinki qadağa var, əksinə onlara gün ərzində televizora baxmaq üçün sərbəst şərait yaradılır. Bu isə nəticə etibarı ilə azyaşlılarda fiziki xəstəliklərin yaranması ilə nəticələnir.Məqalənin müəllifi doktor Aric Sigman uşaqların məktəbdən kənar 6-8 saatını televiziya ya da ekran qarşısında keçirdiyini yazır. Ekran qarşısında 2 saatdan çox keçirilən vaxt isə uşaqlarda piylənmə və ürək narahatlıqları riskini artırır.
Tarix: 09.01.2013 / 22:48 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 171 Bölmə: Saglamliq