Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

DİQQƏT!!! Yüksək Təzyiq

Bu dəfə sizə “hiyləgər düşmən”-yüksək təzyiq haqqında məlumat verəcəyik.
Yüksək təzyiq nədir?
Yüksək təzyiqin nəticələri.
Əlamətləri.
İnsan bədəninə vurduğu ziyanlar hansılardır”
Yüksək təzyiq və duz.
Yüksək təzyiq riskini artıran hallar.
Məsləhətlər

Yüksək təzyiq nədir?
Yüksək təzyiq qan təzyiqi zamanı yaranan yüksəlişdi.
Qan təzyiqini ölçərkən 2 qan təzyiqi nəzərə alınır: Böyük təzyiq (sistolik qan təzyiqi) və Kiçik təzyiq (diastolik qan təzyiqi)

Ürək sıxılması zamanı ölçülən qan təzyiqi böyük təzyiq, ürək gəvəşəməsi zamanı ölçülən təzyiq isə kiçik təzyiqdir. Ümumiyyətlə, böyük qan təzyiqinin 140 mmHg və kiçik qan təzyiqinin 90 mmHgdən yüksək olması yüksək təzyiq kimi qəbul olunur.

Yüksək təzyiqin nəticələri

Yüksək təzyiq böyrək, ürək-damar xəstəliklərinə, ifliclərə və görmə qabiliyyətinin itirilməsinə səbəb ola bilir. Müalicə edilməzsə yaşama müddətini 10-20 il azaldır. Yetkin insanlarda ən çox yayılan və uzun çəkən xəstəliklərdir. Əlilliyə və ölümə yol aça bilir.

Yüksək təzyiqin əlamətləri

Bir çox xəstələrdə yüksək təzyiq öz əlamətlərini biruzə vermir.

Yüksək təzyiqin əsas əlamətləri:
baş ağrısı
ürək döyünməsi
nəfəs darlığı
halsızlıq
yorğunluq
burun qanaması
qulaqlarda cingilti
yeriməkdə və pilləkən çıxmaqda çətinlik çəkmək
bəzi hallarda tez-tez sidik ifrazı

Yüksək təzyiqin insan bədəninə zərəri
Ürək çatışmazlığı, ürək genişlənməsi, ürək damarlarında daralma, ürək damarlarında tıxanma ilə əlaqədar ürək krizi, ürək döyünməsində nizamsızlıq.
Beyin damarlarında qanama, daralma və tıxanma, iflic, danışma pozğunluğu
Böyrək çatışmazlığı, böyrək fəaliyyətində pozulma. Qanda zərərli törəmə maddələrin yığılması
Göz damarlarında daralma və qanamalarla bağlı görmə zəifliyi və korluq
Bütün damarlarda genişlənmə, qalınlaşma, daralma, yağ təbəqəsinin yaranması və tıxanma.

Yüksək təzyiq və duz Yüksək təzyiqin irəliləməsində duzun böyük təsiri var. Bəzi insanlarda böyrəyin duz atma imkanları məhdud olduğundan, lazım olandan daha çox duz alması yüksək təzyiqin yaranmasına və müalicəsində müvəffəqiyyətsizliyə şərait yaradır.

Yüksək təzyiq riskini artıran amillər
Artıq çəki ( gündəlik idman fəaliyyətinin olmaması ilə yaranan köklük)
Həddən çox içki qəbul etmək
Ailədə yüksək təzyiqin olması
Hədsiz dərəcədə duz qəbulu
Yaş
Stress
Az miqdarda kalori, kalsium qəbulu
İnsulinə qarşı müqavimət

Məsləhətlər
İdman
Çəki vermə, pəhriz
Alkoqollu içkilərdən istifadə etməmə
Duzdan qaçmaq
Yağsız yemək
Yeməklərdə meyvə və tərəvəzlərdən mümkün olduğu qədər çox istifadə etmək.


Tarix: 27.12.2012 / 11:34 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 455 Bölmə: Saglamliq
loading...