Qırmızı ət yerinə balıq, toyuq və hind toyuğunu seçin. Ancaq yediyinizin miqdarlarına və bişirmə şəklinə diqqət edin.
Yağ istehlakını azaldın. Qatı yağlar yerinə duru yağları, xüsusilə zeytunyağından istifadə edin.
Yeməyinizi yavaş yavaş yeyin. Sürətli yeyərkən daha çox insulin ifraz olunur, bu da həm yağın bədəndə yığılmasına, həm də qaraciyərdə xolesterol istehsalının artmasına səbəb olar.
Çərəzlər xüsusilə ürək xəstəliklərinin önlənməsində əhəmiyyətli yerə sahib qida maddələridir. Çərəzlərdə olan doymamış yağ turşuları ilə bitki mənşəli xolesterolu salar. Amma həddindən artıq istehlak edilməməlidir.
Antioksidan təsiri olan meyvə və tərəvəzlərə üstünlük verilməlidir.
Spirt istifadə edirsinizsə qırmızı şərabı seçin və ən çox 2 qədəh istehlak edin.
Şorba, tərəvəz yeməyi yanında 2-3 diş sarımsaq istehlak edin. Sarımsaq bol miqdarda kalium, fosfor, selenyum, A və C vitaminləri ilə 75 fərqli kükürdlü maddə tərkiblidir. Qan damarlarını genişlədər, qanın laxtalanma nisbətini azaldıb damar tıxanmasını önləyər.
Quru paxla və noxud istehlak edin. Quru paxla, noxud, mərci həm çox bəsləyicidir, həm də ürək xəstəliklərini və xərçəngdən qoruyucu maddə tərkiblidir. Bu qoruyucu maddələrdən biri də diyet lifidir. Diyet lifi, yüksək təzyiqi və xolesterolu salar; qan şəkərinin yüksəlməsini, qəbizliyi və qalın bağırsaq xərçəngini önləyər.
Səhər
Çay (şəkərsiz)
1 kibrit qutusu ağ pendir
Pomidor, xiyar
5-6 ədəd zeytun
1 incə dilim çovdar çörək
Ara zamanda
1 boşqab meyvə
1 kasa qatıq
Günorta
1 kasa şorba
6 yemək qaşığı tərəvəz yeməyi
Salat (yağsız)
1 incə dilim çovdar çörək
Ara zamanda
1 boşqab meyvə
1 kasa qatıq
Axşam
1 kasa şorba
Salat (yağsız)
Hind toyuğu dolması
1 incə dilim çovdar çörək
Tarix: 27.12.2012 / 19:17 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 214 Bölmə: Saglamliq