Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Yoqanın Məqsədi və Üsulları

Yoqa ruhun Tanrı ilə qovuşmasıdır

Yoqa nədir? Din ya bədən tərbiyəsi, fəlsəfə ya həyat tərzidir? Müasir dövrdə Yoqa ilə məşğul olmaq dəyərmi? Azərbaycan uzun müddət ərzində mədəni və ictimai cəhətdən dünya ölkələrindən ayrı inkişaf etdiyinə görə, Yoqa bizdə az tanınır.
Yoqa bizim gündəlik həyatımıza nə verə bilər? Bizim ölkəmizdə hələ də belə bir fikir mövcuddur ki, guya Yoqa sağlamlaşdırıcı gimnastikadır, ya da gələndərlərin hazırlanması üsuludur, hansılar ki sulfat turşusunu içir və mismarların üstündə yatırlar, ya da saatlarla başın üstündə dururlar və s. Hesab olunur ki, yoqların fəlsəfəsi dinin və mistikanın qarışığıdır və bizim üçün maraqsızdır.
Halbuki, bu gün Yoqam bütün dünyada öyrənib fəal tətbiq edirlər. Hindistanda yüzlərlə mərkəzlər fəaliyyət göstərir ki, bunlar da Yoqam öyrədir, xəstələri müalicə edir və geniş elmi tədqiqatlar aparır. Orada Yoqa orta və ali məktəblərdə dövlət tədris sisteminə çevrilib, onu hətta orduda və polisdə tətbiq edirlər. Bununla belə, Qərb ölkələrində yüzlərlə Yoqa mərkəzləri fəaliyyət göstərir. Orada meditasiyant öyrənirlər və xroniki xəstəlikləri müalicə edirlər. San-Fransisko şəhərində (ABŞ) Asiya tədqiqat institutunda və Köln şəhərində (AFR) Yoqanın təsir mexanizmini ciddi öyrənirlər. Bizim ölkəmizdə Yoqa mədəniyyəti çox zəifdir, epizodik xarakter daşıyır və Yoqanın tərəfdarlarının entuziazmına arxalanır.
Biz çox işləyirik, lakin səmərəli istirahət edə bilmirik. Çoxlu pul əldə etməyə çalışırıq, onun əsas hissəsini isə sağlamlığı qaytarmaq məqsədilə müalicəyə və dərmana xərcləyirik. Müasir həyatın sürətli ritmində insan stresslərə məruz qalır. Gəlin baxaq, bizi nə əhatə edir? Hər gün ünsiyyətdə olduğumuz insanlar, nəqliyyat, mobil əlaqələr, informasiya, İnternet, televiziya, reklam səhərdən axşama kimi, hətta yuxuda, bizə təsir edir. Bunların hamısı insandan böyük diqqət tələb edir və bunlara böyük enerji sərf olunur. Bəs biz bu enerjini necə qaytaraq, insanın psixikasına mənfı təsir edən əsəbiləşmə, qəzəblənmə, nifrət və qorxuların qarşısını necə alaq? Bunu nə ailədə, nə məktəbdə, nə də universitetlərdə öyrədirlər.
Belə halda, Yoqanın düzgün tətbiqi və müdrikliyi həyat üçün vacibdir və tədricən tələb olunur. Yoqa nəinki insanı sağlamlaşdırır, həm də onu stresslərdən azad edir, onun dünya görüşünü genişləndirir, o həyata müdrikliklə yanaşır və adamların arasında olan ünsiyyəti saflaşdırır.
“Yoqa” sözü müxtəlif mənalar daşıyır və yuj (“yuc” oxunur) sanskrit sözünün kökündən əmələ gəlir. “Yoqa” sözünün əsas mənaları bunlardır: “qoşum”, “möhkəm tutmaq”, “birləşmək”, “bağlamaq”. Ümumiyyətlə, sanskrit sözləri çoxhəcmli və çoxmənalıdır, məsələn “Yoqa” sözünün 20-yə qədər leksik mənası var. Beləliklə, “Yoqa” sözünün mənaları “birləşmə”, “yüyənlənmə”, “cəmləşdirmə”, “birgə qovuşma”dır.
Burada belə bir təbii sual yaranır: nə nə ilə birləşməlidir? Ənənəvi cavab: Brahman Atman ilə birləşməlidir, yəni bütöv varlığın mənbəyi hər bir insanın təzahürü ilə qovuşmalıdır. Nə çox, nə də az. Burada qəsdən heç bir izah verilmir, çünki oxucuların arasında həm dindarlar, həm də ateistlər ola bilər.
Yoqa min illərin sınağından çıxıb. Onun kökləri, demək olar ki, hər bir xalqın ezoterik məktəblərində var. Bu sistem yalnız Hindistanda tam şəkildə qalıb və müasir dövrdə bütün dünyaya yayılıb.
Yoqa – psixofıziki bir sistemdir. O, öz üsulların cəmi ilə vahid və bütöv şəxsiyyət yaratmağa imkan verir. Yoqa din deyil, yalnız Təkallahlıq dinlərini tanıyır. Yoqa əslində elmdir, çünki o, orqanizmdə gedən prosesləri, nəfəsin emosiyalara etdiyi təsiri, şüurun vəziyyətini, fikirlərin əmələ gəlməsini, zehnin inkişafını, hafizə, həm də şüurun daha incə sahələrini öyrənir.
Müasir Yoqa ənənəvi əsaslardan çox uzaqlaşıb. Hind mütəfəkkiri və islahatçısı Aurobindo Qhoş yazırdı: “Yoqa şüurlu öz-özünü reallaşdırma sənəti, təfəkkürə nəzarət etmə üsuludur. O, yalnız bir növ vibrasiyanı buraxan mental pərdəni dağıtmağa, dünyanı və insanları necə var gerçəkli görməyə, insanın daxili aləmində ayrı və əsl “Mənlik” tapmağa kömək edir. Bütün bunları şüurun məişət səviyyəsində qiymətləndirmək mümkün deyil.
Svami Vasvani xəbər verir ki, Hatha-yoqamn vətəni Lemuriyadır (30-50 min il bundan əvvəl qərq olmuş nəhəng qədim kontinent), Layya-yoqa Atlantida mədəniyyətində yaranmış, Raca-yoqa isə Hindistana qədim arilər tayfaları tərəfindən gətirilmişdir.


Müasir (adi xətlə) və qədim batmış (punktirlə) kontinentlər.





Hind fəlsəfəsi bir neçə min illik tarixə malikdir. Arxeoloji tapıntılar göstərir ki, 2,5 min il eramızdan əvvəl Yoqa ilə məşğul olublar. Həmin dövrə aid Yoqa asanaları (statik duruşlar) qədim Maxeanco-Daro mədəniyyətinin qazıntılarında aşkar olunmuşdur. Şifahi ənənəyə görə, Yoqa sistemi daha da qədimdir. Bu ezoterik (gizli) biliklər Hindistanda qalıb və qorunub, bu biliyin rişələri isə Misirdə və daha qədim mədəniyyətlərdə – Atlantida və Arktidada yaranıblar.
Hind fəlsəfəsi Veda (hind mütəfəkkirlərin müqəddəs kitabı) dövründə (e.ə. XV-VI əsrlər), sonra isə Upanişadalar (VedaX&ra əlavə və onun izahı) dövründə inkişaf etmişdir. Veda və Upanişada Hindistanda fəlsəfi fikrin inkişafına və bir neçə fəlsəfi məktəblərin yaranmasına imkan yaradıblar. Onlardan biri də Yoqa sisteminə aiddir. Yoqa altı ənənəvi hind fəlsəfi sisteminin biridir və başqa sistemlərlə birgə dünya qanunlarını dərk etmək üçün ümumi üsul və əməli vasitə kimi qəbul olunmuşdur.

Yoqa çoxşaxəlidir və onun istiqamətlərin bəziləri bunlardır:
Karma-yoqa – şəxsiyyətin sosial və ictimai münasibətlərinin harmonik inkişafı ilə bağlıdır, hesab olunur ki, Yoqamn bu növü ilə məşğul olan öz mənfı karmam təmizləyir;
Kriya-yoqa – insanın daxili və zahiri paklığına yönəldilib;
Mantra- və ya Capa-yoqa – səs vibrasiyalarının təsiri ilə təyin edilmiş saitləri və hecaları oxuması insan orqanizminə müsbət təsiri;
Yantra-yoqa – həndəsi şəkillərin seyr edilməsi;
Qhatastha-yoqa – bədənin təliminə yönəldilib;
Hatha-yoqa – fıziki məşqlərlə (asana, pranayama) bədənin daxili əkslərini tarazlaşdırılması;
Sannyasa-yoqa – dünyanın cəzbedici şeylərindən imtina edilməsi;
Layya-yoqa – Yerin biosferasına təsir edən Kainatın ritmlərini və vibrasiyalarını, yəni mikro- və makrodünyanın bioritmlərini öyrənməklə harmoniyada yaşamaq;
Dhyana-yoqa – meditativ üsullann tətbiqi;
Kunta-yoqa – qrafik işarələrdə fıkrin cəmləşdirilməsinin inkişafı;
Nada-yoqa – musiqi və ya mahnı vasitəsilə meditasiya;
Svara-yoqa – daxili enerjinin nadilərdə (Pinqala, İda) və narın səs vibrasiyaları ilə idarə edilməsi;
Urdhvareta-yoqa – seksual enerjini müxtəlif üsullarla mənəvi enerjiyə çevirmə üsulları;
Kundalini-yoqa – insanın gizli qüvvələrinin inkişafı və onlardan istifadə edilməsi;
Cnani-yoqa – insan təfəkkürünün inkişafı ilə bağlıdır və onun dərketmə imkanlarının həddini genişləndirir;
Tantra-yoqa – təbiətdə əksliklərin qarşılıqlı təsirini öyrənir, hisslərin nəzarətinə və insanın harmonik həyat tərzinə nail olmağa kömək edir (əsasən, mahayana və buddizm istiqamətləridir);
Prana-yoqa – insan orqanizminə prana (enerji) ilə təsir etmək;
Raca-yoqa – insanın yüksək psixiki funksiyalarının inkişafını təmin edir;
Adhyatma-yoqa – insan “Mənliyi”nin təzahürünün öyrənilməsi;
Bhakti-yoqa – Tanrıya məhəbbətin dərk edilməsi;
Şakti-yoqa – insan orqanizminin energetik vəziyyətləri;
Aqni-yoqa – psixiki enerjinin idarə edilməsi;
Samadhi-yoqa – ekstatik (samadhi) vəziyyətinin meditativ təcrübə ilə dərinləşdirilməsi;
Abhasya-yoqa – yüksək mənəvi təcrübə;
Aştanqa-yoqa – 8-pilləli yoqa;
Brahma-yoqa – Brahmada fikrin cəmləşdirilməsi;
Buddhi-yoqa – mənəvi şüurun təkmilləşdirilməsi və ilahi şüurun inkişafı.

Bu şaxələr Purna-yoqanı (vahid və ya tam Yoqa) təşkil edir .

Az tanınan sistemlər Tibetdə yaranan Respi və Lun-qom-pa yoqa\andır. Çində, Yaponiyada Yoqa və buddizm fəlsəfələri qanşıb Çan-buddizm formasında yayılmışdır.
Müasir dövrdə bəzi fıtnes “quru”ları kommersiya məqsədilə yoqa sözünü işlədir: artistik yoqa, pauer-yoqa, ekvi-yoqa (atüstü yoqa) və s. Lakin bunların hamısı qondarma olaraq əsl Yoqadan çox uzaqdır.
Yoqanın tarixi kökü elm şəklində əfsanəvi hind mütəfəkkirə Patancaliyə (e.ə. II-I əsrlərdən əvvəl) aid edilir. Patancali Yoqam müstəqil sistem kimi ayırıb artıq mövcud olan biliklər və təcrübə əsasında praktiki yoqlarla birlikdə təkmilləşdirmişdir. “Yoqa-sutra” əsərində Patancali fəlsəfəni və təcrübəni izah edir, həmin Yoqam isə indi klassik Yoqa kimi qəbul edirlər. Qədim ənənəyə görə, Patancali Yoqa fəlsəfi sisteminin müəllifliyinə iddia etmir. Patancali yalnız bizə çatmış şifahi məlumatları yığıb onları vahid bilik kimi izah edir. “Yoqa-sutra”‘da verilmiş fəlsəfi terminologiya və təcrübənin izahatı, həm də Veda və Upanişadamn etibarlı mətnlərinə uyğun gəlir.

Patancalinin kitabında Yoqa 8 pillələrə bölünmüşdür (Aştanqa-yoqa):
Yama – cəmiyyətin əxlaq qaydaları;
Niyama – həyat tərzinin qaydaları;
Asana – müxtəlif bədən hərəkətləri və duruşlar;
Pranayama – tənəffüs məşqləri, enerjinin toplanılması;
Pratyahara – nəzarət və həssaslığın zəifləməsi;
Dharana – fikrin cəmiəşdirilməsi;
Dhyana – meditasiya (zikr) – idarə edilən şüurun axını;
Samadhi – şüurun ekstatik vəziyyəti;

Yoqa iki böyük hissəyə bölünür: 1-ci pillədən 3-cüyə qədər Hatha, 4-cü pillədən 8-ciyə qədər isə Raca-yoqadvc.
XIX əsrdən başlayaraq Vivekanandanın (Ramakrişnanın şagirdi) fəaliyyətinin nəticəsində ABŞ-da Yoqa yayılır və onun yeni istiqamətləri inkişaf edir. Həmin Vivekanandanın və Atkinsonun (Ramaçaraka) təbliği nəticəsində XX əsrin əvvəlində Yoqa çar Rusiyada yayılır.
Yoqamn sədaqətli pərəstişkarlann sırasında görkəmli dövlət, elm və incəsənət xadimləri də var. Hatha-yoqa ilə Hindistanda Mahatma Qandi, Cavaharlal Neru, baş nazir İndira Qandi, ABŞ prezidenti Con Kennedi, Rusiyada K.S.Stanislavski və Nobel mükafatı laureatı akademik Pavlov məşğul olurdu.




Yeni istiqamətlərdən birisi kimi “Transsendental meditasiyanın cəmiyyəti” də qeyd olunmalıdır. Bu cəmiyyət 60-cı illərdə Quru Maharişi Mahem Yoga (məşhur “Beatles” qrupunun müəllimi) tərəfindən yaradılmışdır. O, xüsusi psixiki üsul vasitəsilə meditasiyanı tətbiq edirdi.
Əvvəlki Yoqa elminin bütövlüyünü bərpa etmək tələbi indiki zamanda Hindistanda inteqral Yoqa sisteminin yaradıcısı Aurobindo Qhoş tərəfindən irəli sürülmüşdür. Bu Yoqa üsullarının sintetik sistemi dinamik sosial həyat şəraitində istifadə etmək məqsədilə yaradılmışdır.

Belə sistemləri müxtəlif istiqamətlərin elementlərinin sintezi, mexaniki birləşdirilməsi vasitəsilə yaratmaq olmaz.
İndiki zamanda Yoqa haqqında danışanda, çox vaxt hatha-yoqam nəzərdə tuturlar. Hatha termini simvolik və dərin fəlsəfi məna daşıyır. “Ha” günəş, “tha” isə ay deməkdir. Yəni, iki əksin birliyi. Kainatda əkslərin əsasları eyni zamanda mövcuddur (məsələn, isti – soyuq, müsbət-mənfi, işıq – zülmət, kişi – zənan). Bu əkslər birliyi harmoniya və tarazlıq yaradır. Demək olar ki, hatha-yoqa insanın bədənində ayrı-ayrı sistemlər arasında harmoniya yaradır. Bu harmoniya müxtəlif üsullarla (asanalar, nəfəs, hidroterapevtik üsullar və pəhriz) əldə edilir. Fiziki hərəkətlər Yoqanın “əlifbası”dır, çünki yalnız fiziki cəhətdən tamamilə sağlam insan zəka, əxlaq və mənəvi kamilliyə nail ola bilər. Yoqa gimnastikası ilə sağlam və xəstələr, kişilər və qadınlar, müxtəlif peşə sahibləri, müxtəlif yaşlı (hər bir yaş həddi üçün mütəxəssis məsləhəti zəruridir) və ictimai təbəqələrdən olan insanlar məşğul ola bilər.

Yoqam özünü təkmilləşdirmə universal sistem kimi qəbul etmək olar. Bu sistem müxtəlif vasitələrin və təsir formalarının sintezidir – rəngin və səsin istifadəsi, asana (duruş) və pranayama (tənəffüs gimnastikası), şüuraltı təbəqəyə daxil olma və s. Yoqanın ən yüksək zirvəsi özünü proqramlaşdırmaq üsuludur, hansı ki psixikanın ehtiyat imkanlarından daha effektiv istifadə etməyə imkan verir.
Yoqa ilə məşğul olmaq qəti fərdi olmasına baxmayaraq, o, nəinki bir neçə şəxsi, hətta kollektivlərin təkamüli inkişafına imkan yaradır. Bu, xüsusilə indiki zamanda çox vacibdir, çünki insanların böyük əksəriyyəti mənəviyyata və özünü dərketmə inkişafına meyil göstərir. Müasir şərait insan hüquqlarının bərpası, aşkarlıq və insanpərvərliyə doğru gedən cəmiyyət – Yoqa prinsiplərini hər bir insanın həyat tərzinə yeritməyə imkan verir və həyatı asanlaşdırır. Yoqa hamı üçün açıqdır. Hər kəs ondan bacardığı qədər faydalana bilər. Yoqada müvəffəqiyyətə nail olmaq istə-yənlər təkcə kitab oxumaq yox, ən əsas Yoqam hər gün tətbiq etməlidir. Yoqa yolu ilə gedən şəxs tələsməməlidir. “Üç günlük yolu bir günə getsən, on günlük yorğan-döşəyə düşərsən”(atalar sözü).


Tarix: 27.12.2012 / 19:01 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 1051 Bölmə: Saglamliq
loading...