Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Selülit ilə mübarizə

Xanımların çoxu selülitdən şikayətçi olurlar. Bu problemin yaşı olmadığı üçün, hər kəsin bu məsləhətlərdən bir pay götürəcəyinə inanırıq.


Pis vərdişlərindən azad olun. Siqaret çəkirsiniz isə, dərhal atın. Nikotin C vitaminini məhv edir.

Pivə, müxtəlif alkoqol içkilər xanıma yaraşmaz. Onlar selülitin yaranmasına səbəb olurlar. Sizə bu lazımdı?

Selülitlə mübarizədə qidalanma əsas yer tutur. Qida rəngarəng və əsasəndə meyvə-tərəvəzlərə əsaslanmış olmalıdır. Çox yağlı yeməklər piy hüceyrələrinin yaranmasına səbəb olur.

Acı və şoraba sevənlər diqqət! Bunlarla çox qidalanma, orqanizmə artıq natriyin düşməsi ilə nəticələnir. Hüceyrələrdə su yığılır. Natriyi neytrallaşdırmaq üçün kaliy gəbul edin. Kaliy çörəkdə, yaşıl yarpaqlı tərəvəzlərdə, lobyalılarda, süddə, banan və apelsində vardır.

Duzdan və acı əlavələrdən az istifadə edin, onlar iştah artırırlar. Rasionunuzun 2/3 meyvə-tərəvəzlərdən ibarət olmalıdır. Yatmazdan əvvəl yaxşı olardı ki, bir apelsin yeyəsiniz.

Meyvələri rasionunuzda desert kimi istifadə etməyin. Yeməklə bir yerdə qəbul edilən zaman, meyvələrdəki fruktoza şəklində olan şəkər piylənməni çoxaldır. Meyvələri ümumiyyətlə ac qarına yemək daha məsləhətdir. Bu iştahanıda azaldar, orqanizminiz təmizlənər. Ümumiyyətlə yeməklər qarışanda, mədədə qıcqırma prosesi başlayır ki, burada hər hansı vitamindən danışmaq yersiz olardı.

Rasionunuzu vitaminli və minerallı məhsullar ilə bol tutun. Əsasəndə dəri gözəlliyinə böyük təsiri olan E vitaminindən çox istifadə edin. Həftədə 2-3 yumurta, zeytun yağı sizi bu vitamin ilə tam təmin edə bilər.

Mütləq dəniz kələmi və ya dəniz balığı yeyin. Bağırsaqlarınızın düzgün işləməsi üçün tərəvəzdən, göylərdən çox istifadə edin. Selülitə qarşı təbii meyvə və tərəvəz şirələri xeyirlidir. Gündə səhər yeməyindən əvvəl 1 stəkan təbii şirə için.

Həmçinin şəkərsiz yaşıl çay için. Kofe və qara çay mayenin orqanizmdə saxlanmasına səbəb olur, maye hüceyrələri zəiflədir. 15-20 damcı aloya şirəsini içmək məsləhət görülür. Bu şirə antiseptik xassəyə malikdir.

Yulaf yeyin. Sıyıq, quru və ya süd ilə isladılmış halda yeyə bilərsiniz. Yulaf həzmə müsbət təsir göstərir. Gecədən isladılmış yulafı səhərlər çiy halında yeyə bilərsiniz. Meyvələrdən və çərəzlərdən istifadə edərək müxtəlif səhər yeməkləri düzəldə bilərsiniz.

Ən əsasıda axşam saaat 6-dan sonra yeməkdən uzaq dururun.


Tarix: 27.12.2012 / 19:15 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 463 Bölmə: Saglamliq
loading...