Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Həyata hər kəs rəngli baxırmı?

Görmə ilə bağlı xəstəliklərin ən çox yayılan növlərindən biri də rəng korluğudur. Bu xəstəlik insanların həyatına o qədər də çox pis təsir etməsə də, hər hansı bir çatış-mazlıq hiss etməsinə səbəb olur. Bəs biz rəng korluğu haqqında nə bilirik?
Rəng korluğu nədir?

Rəng korluğu rəngləri bir–birindən ayıra bilməməkdir. Bu xəstəliyə kişilərdə daha çox rast gəlinir. Rəng korluğunda ən çox yayılan xəstəlik yaşıl və qırmızı rəngi bir-birindən ayıra bilməməkdir. Çox az təsadüf olunan növü isə bütün dünyanı ağ və qara görməkdir. Hər 20 kişidən birində, hər 200 qadından birində rəng korluğu xəstəliyinə rast gəlinir. Bir çox insan özündə rəng korluğu xəstəliyinin olduğunu hiss etmir.
Rəng korluğunun səbəbləri

Rəng korluğunun səbəbləri hələ tam olaraq aydınlaşdırılmayıb. Ancaq, rəng korluğunun genetik olaraq keçdiyi tibb elminə məlumdur. Ailədə rəng korluğu varsa, həmin ailə üzvlərində rəng korluğu xəstəliyinə məruz qalma riski daha böyükdür. Rəng korluğu xəstəliyini sinir sistemi xəstəliyi ilə də əlaqələndirirlər.
Rəng korluğu xəstəliyinin əlamətləri.

Rəng korluğu xəstəliyi gündəlik həyatda ciddi bir problem yaratmasa da, keyfiyyətli yaşamaqda ciddi bir problemə səbəb ola bilər. Rəng korluğu olan insanlar rənglərlə əlaqəli olan işlərdə çalışa bilməzlər.

Rəng korluğu olan insanlar rənglərlə əlaqəli olan işlərdə çalışabilməzlər.


Rəng korluğu testi 1

Rəng korluğu olan insanlar 8-normal olaraq oxuyur.

3 olaraq oxuyanlar qırmızı-yaşıl rəngləri bir-birindən ayıra bilməyən insanlardır.

Heç bir rəqəm oxuya bilməyən insanlar isə tamamən rəng korluğu
olan insanlardır.

Rəng korluğu testi 2


Normal görənlər 29 olaraq oxuyarlar.

Qırmızı və yaşıl rəngi bir birindən ayıra bilməyən insanlar isə 70 oxuyarlar.

Tamamən rəng korluğu olan insanlar isə heç bir rəqəm oxuya bilməzlər.


Tarix: 27.12.2012 / 11:10 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 305 Bölmə: Saglamliq
loading...