Plasenta qadında hamiləlik dövründə fəaliyyət göstərən və ana ilə uşağın orqanizmi arasında əlaqəni təmin edən orqandır. Plasenta hesabına bir sıra mühüm funksiyalar-qidalanma, qan dövranı, maddələr mübadiləsi, ətraf mühitin zərərli amillərindən və müxtəlif infeksiyalardan müdafıə və s. həyata keçirilir. Bu orqan ciyərləri, böyrəkləri əvəz edir, ferment və hormonları nəzarətdə saxlayaraq, rüşeymin (dölün) universal qoruyucu funksiyasını yerinə yeitirir. Plasenta tərəfındən yaradılan antikorlar dölün immunitetini yaradır. Bir çox xəstəliklər və dərman preparatları plasentar maneəni keçə bilmirlər. Təkcə 9 ay hamiləlik zamanı plasentanın artım xassəsi səbəbli bir hüceyrədən 40-60 trilyon hüceyrəyə malik uşaq yaranır.
Plasentanın öyrənilməsi uzun illərdir davam edir, lakin bu məsələdə bir sıra məqamlara aydınlıq gətirilməmişdir. Məsələn, bəzi otyeyən və ətyeyən məməlilər öz plasentalarını balaladıqdan dərhal sonra yeyirlər. Plasenta bir çox xassələri bilinməyən çox qəribə birorqandır.
Qədim zamanlarda hesab edirdilər ki, plasentanın nəhəng energetik dəyəri olduğu üçün o, kosmosla əlaqədardır. Bir çox xalqlar plasentanı yeyirdilər, bəziləri isə onu qurudur, əzərək ondan məcun hazırlayır və ağır xəstələrə içirirdilər. Kleopatranın və Mariya Antuanettanın dövründə ondan cavanlaşdırıcı maddə kimi də istifadə etmişlər. Misir, Yunanıstan, Hindistan və Çində döyüşçülərin yaralarının sağalması və güclərinin bərpası üçün plasentadan istfadə etmişlər. Plasentanın müalıcəvi xüsusiyyətləri haqqında ilk məlumatlara Hippokratın və İbn Sinanın əsərlərində rast gəlinir.
Plasentanın Şərq təbabətində və energetik təcrübədə rolu xüsusilə böyükdür. Çinin bir sıra əyalətlərində plasentanı «bənövşəyi çaydakı qayıq» adlandırırlar. Uşaq anadan olarkən plasentanı qurudur və keçədən hazırlanmış qutuya qoyurdular. Sonra pasientin ağır xəstəliyi zamanı onu qaynadaraq iksir hazırlayır və xəstəyə içirirdilər. Bu vasitə orqanizmin müqavimətinin artırılması üçün həddən artıq güclü sayılırdı. Çində plasenta bitkidən hazırlanmış preparatlarda laktasiyanın stimullaşdırılması, sərinləşdirici vasitə və «Zhiheche» adlı sərinləşdirici içki istehsalında istifadə olunur.
Mey dövründə «Xonso komoku» adlı bitkidən hazırlanmış dərman toplusu tərtib olunmuşdur. Orada plasenta ən yüksək xassəli preparat kimi təsvir edilir. Son dövrünün ilk imperatorları isə onu uzunömürlülüyün ən vacib vasitəsi kimi qiymətləndirmişlər.
Koreyanın tibbi traktatı olan «Toi-xokan»da və digər mənbələrdə plansenta fıziki və mənəvi yorğunluğu aradan qaldıran preparat kimi dəyərləndirilir.
Yaponiyada plasentadan istifadə kütləvi xarakter daşımışdır. Plasenta yaponların Kara sülaləsinin üç ən vacib preparatları sırasına daxil idi. Bu sülalə nümayəndələrinin rəyinə görə, plasenta gəncliyin əbədi qoruyucusu idi. Yaponiyada plasenta kaqlann ən gizli iksirləri olan, gənclik məcunu kimi istifadə edilən konqentanapreparatını tərkibinə daxil idi.
Plasentanın tibbdə tam şəkildə istifadəsi 1934-cü ildə sovet fızioloqu, Odessa Tibb institutunun professoru Filatov tərəfindən insan plasentasının dondurulmuş komponentlərindən daxili orqanların yaralarının, yamqlarının və tikişlərinin müalicəsi üçün istifadə edildikdən sonra mümkün olmuşdur.
İkinci Dünya Müharibəsi zamanı yara sağaldan vasitələr çatışmırdı və buna görə də həkimlər yaraların sağalması üçün plasentanın fəal komponentlərindən istifadə etməyə başladılar.
1945-ci ildə professor Filatov toxuma terapiyası sahəsində işlərinə görə Lenin mükafatına layiq görüldü. O kəşf etdi ki, plasentanın toxumalarının dondurulması zamanı onlarda bioloji aktiv maddələrin sayı kəskin şəkildə artır və bu maddələri plasenta toxumalarından ayıraraq tibbdə istifadə etmək mümkündür. Bu toxuma terapiyası orqanizmin müqavimət və özünü tənzimləmə qabiliyyətini fəallaşdırır, xəstəliklərə qarşı ümmuniteti möhkəmləndirir.
Sonra plasenta sahəsindəki tədqiqatlar estafetini Uzaq Şərqin klinikaları qəbul etdilər. 1950-ci ildə plasenta Yaponiyada lisenziyalaşdırıldı və artıq 60-cı illərdə onun preparatlarından 80-dən artıq xəstəliyin – o cümlədən prostat vəzinin adenoması, klimaktorik pozğunluq, allergik dermatit, yuxusuzluq və maddələr mübadiləsinin pozulmasına qarşı vasitə kimi istifadə olunur. Xirosima və Naqasaki şəhərlərindəki faciələrdən sonra şüa xəstəliyinə tutulmuş insanlarm plasenta ilə müalicəsi zamanı alınan yüksək nəticələr çox heyrətamiz idi.
Hazırda plasenta preparatları dermatologiya və estetika da daxil olmaqla tibbin bir çox sahələrində geniş tətbiq olunur. Plasentar terapiya orqanizmin cavanlaşdırılması və sağlamlaşdırılması üçün ən real imkanlara malikdir.
Plasenta ginekologiyada, klimakterik pozuntular, oliqo-menoreya, qeyri-müntəzəm, menstruasiyalar, laktasiya pozulması, hiperprolaktinemiyavə s. zamanı da tətbiq olunur.
O, həm də orqanizmi xəstəlik vaxtı və xəstəlikdən sonra dəstəkləmək, zehni fəaliyyəti qaldırmaq, depressiya, əsəb pozğunluqları, yuxusuzluq və s. zamanı istifadə edilir.
Yaponiyada plasenta daxili xəstəliklərin müalicəsi, kosmetik cərrahiyyə, stomatologiya, oftalmologiya, urologiya və s. zamanı lazım olan ən vacib preparatlardandır. Yaponiyanın
hüdudlarından kənarda insanlar plasenta ekstratınıları cavanlaşmaq və sağlamlığı qorumaq üçün istifadə edilir
Plasenta preparatlannın farmakoloji xüsusiyyətlərinin bunlardır:
İmmun sistemini fəallaşdırır
Antioksidant kimi təsir göstərir
Xroniki yorğunluq sindromunu aradan qaldırır
Soyuqdəyməyə qarşı vasitə kimi təsir göstərir
Anemiyam aşağı salır
Qan dövranı və qan yaratma proseslərində iştirak edir
Ciyərlərin funksiyasını gücləndirir və s.
Plasenta qırışların azalma və ağardılması yolu ilə gözəlləşdirilməsinə mükəmməl təsir göstərir. O, nəmləndirmə xassəsinə malik olduğu üçün fakturanı yaxşılaşdırır, dərinin elastikliyini təmin edən kollagen istehsalını stimullaşdırır, antioksidant effekti verir – dərinin qocalmasına səbəb olan fəal azad radikalları əzir, metabolizmi normallaşdırır və orqanizmin sağlamlığını qoruyur. Bu effekt plasenta iynələri vasitəsi ilə əldə edilir.
Onu dermatologiyada atopikdermatitin, psoriazın və s. Müalicəsi zamanı işlədirlər. Plasenta ekstratlı preparatlar müxtəlif mənşəli olurlar. Onların bəziləri heyvan mənşəli (donuz, inək, quzu, maral və s.), bəziləri isə insan mənşəli olur.
Hazırda toxuma səviyyəsində kompleks cavanlaşdırıcı məhsullar istehsal edən iki yapon şirkəti – JBP və Bb artıq Azərbaycan bazarında təmsil olunurlar. JBP əczaçılıq şirkəti insan plasentasının hidrolizatı üzrə məhsul buraxılışı sahəsində dünya lideridir.
Bb laboratories – plasentar kosmetika, lltoestrogenli, qialuronlu, polifenollu və yaşıl çaylı məhsulları üzrə lider istehsalçıdır.
Plasenta laboratories isə iki seriyadan – qiluron-elastin-kollagen kompleksi əsasında hazırlanan seriya və heyvan mənşəli plasenta ekstratı əsaslı seriyadan ibarət olan antiyaş vasitələri ilə qulluq üzrə sistemdən ibarətdir.
Plasenta təbiətin misilsiz töhfəsi, təbii biostimulyatorların xəzinəsidir. Patentləşdirilmiş çox şaxəli molekulyar fraksiyalaşdırma metodu hormon və ekstratlardan ideal şəkildə təmizlənmiş, epidermisin və fibroblastların artım amilini qoruyan heyvan mənşəli plasenta ekstratı almağa imkan verir. Sağlam toxumalardan götürülmüş artım amili dərinin özünü bərpaetmə proqramını fəallaşdırır və gələcəkdə yeni sağlam toxumaların meydana gəlməsinə səbəb olur.
Tarix: 27.12.2012 / 11:18 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 1034 Bölmə: Saglamliq