Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Hansı qadın peşələri döş xərçəngi xəstəliyinə gətirib çıxarır?

Kanada alimləri iri miqyaslı araşdırmalar apararaq hansı peşələrin qadınlarda döş xərçəngi xəstəliyinin əmələ gəlməsinə səbəb ola biləcəyini açıqladılar.

Məlum oldu ki, qadın sağlamlığı üçün ən ziyanlı peşələr kanserogen və kimyəvi maddələrlə əlaqəli olan peşələrdir. Belə ki, bu birinci növbədə avtomobil istehsalı, konserv sənayesi və kənd təsərüfatı sahələri ilə əlaqəli olan peşələrdir.

Fox News yazır ki, tibb işçilərinin sözlərinə görə, ziyanlı istehsal sahələrində 10 il çalışan qadınların bu xəstəliyə tutulma ehtimalı 42% artır.

Risk qrupuna həmçinin kazino və barlarda çalışan zəif cinsin nümayəndələri də daxildir.Gecə həyat tərzi və passiv siqaret çəkmə nəticəsində onkoloji şişlərin əmələ gəlməsi riski bir neçə dəfə artır.


Tarix: 26.12.2012 / 20:12 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 293 Bölmə: Saglamliq
loading...