Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Təbii bitki yağlarının faydaları

Şaç Baxım Yağı (Масло по уходу за волосами)

Tərkibi: acı badam, buğda, qoz, şam ağacı, dəfnə, fındıq, kokos, gənəgərçək, gicitkən toxumu, jojoba, bənövşə, çobanyastığı, küncüt, şırın badam, ylang ylang, zeytun yağı.
Tərkibindəki Bənövşə yağı: saçların tökülməsinə qarşıdır və quru saçların nəmlənməsinə faydalıdır.
Küncüt yağı: saçların qırılmasının qarşısını almaqda faydalıdır.
Şirin badam yağı: saçları bəsləyərək, saç tökülməsinin qarşısını alır.
Zeytun yağı: saç diblərini gücləndirir, cildi canlandırır.
Buğda yağı: həssas və zədələnmiş (boya və günəşdən zərər görmüş) saçlara faydalıdır.
Qoz yağı: saç diblərini və saçları bəsləyir.
Şam ağacı yağı: Saçları qüvvətləndirir, saç tökulməsinin qarşısini alır, kəpəyin aradan qalxmasına təsir edir.
Dəfnə yağı: Saç diblərinə müalicəvi təsiri göstərir, həmçinin saçların uzanmasına təsir edir.
Kokos yağı və gicitkən toxumu yağı: Saç tökülməsində faydalıdır.
Gənəgərçək yağı: Saçlara qüvvət və parlaqlıq verir.
Jojoba yağı: Saçların uzanmasına və güclənməsinə, həmçinin kəpəyə qarşı faydalıdır.

İstifadəsi: Həftədə 2-3 dəfə uyğun miqdarda yağ barmaq ucları ilə saç diblərinə sürülür. 1 saatdan sonra saçlar yuyulur.



Kök Yağı (Морковное масло)

İmmuniteti gücləndirir, vücud hüceyrələrini canlandırır qanı təmizləyir, artırır, xolestrolu, təzyiqi tənzimləyir, səs tellərinə faydalıdır. Qəbizliyi aradan qaldırır, ana südünü artırır, böyrək ağrılarını sakitləşdirir. Astma, bronxit və vərəmdə faydalı ola bilər.

Görmə gücünü və zehni artırır. Diş ətini qüvvətləndirir. Cildə canlılıq verir. Günəş yanıqlarına qarşı faydalı ola bilər. Üz və boyun qırışlarının azalmasına kömək edir.

İstifadəsi: Daxilən: Gündə 1 çay qaşığı qəbul edilir. Yayda günəşdə bədənə çəkildikdə qalıcı bronzlaşma effekti verir.



KOKOS YAĞI (Кокосовое масло)

Saçları qidalandırır və qüvvətləndirir, kəpəyi aradan qaldırır. Ağız qoxularına qarşı, bulantı və qusmanı azaltmaqda, ishal (qarın ağrısı) hallarında faydalı ola bilər. Bəlğəmi yumşaldır.

Böyrək daşlarını tökməyə, dirsək və bilək əzələləri, revmatizma ağrılarını sakitləşdirməyə kömək edir. Göbələyin, qaşınmanın qarşısını almaqda faydalı ola bilər.

İstifadəsi: Daxilən: Gündə 1 çay qaşığı qəbul edilir. Yayda günəşdə bədənə çəkildikdə qalıcı bronzlaşma effekti verir.



Dəvətikani Toxumu Yağı (Масло семян чертополоха)

Qaraciyəri bütün zəhərli və zərərli maddələrdən təmizləyir, qaraciyər hüceyrələrinin yenilənməsinə kömək edir, ən ağır qaraciyər xəstəlikləri üçün belə faydalı ola bilər. Heç bir əks təsiri yoxdur.

İstifadəsi: Daxildən, gündə 5 damcı 1 fincan suya əlavə edilərək içilir.



Fındıq Yağı (Масло фундукa)

Damar sərtliyi və ürək xəstəliklərinə qarşı faydalıdır. Vücudun aktivliyini artırır, cinsi zəifliyə qarşı təsirlidir. Ayaqlardakı damar çatlamalarına (Varis) və saçqıran xəstəliyində faydalıdır. Sonsuzluq səbəblərini azaldır. Doğumdan əvvəl və sonra dərinin elastikliyini təmin etmək və cild çatlaqlarının qarşısını almaq məqsədilə masaj edilərək sürülür.

Toxuma və vücud yaşlanmasına qarşı faydalıdır. Xərçəngin qarşısını alma kimi təsiri vardır. Tərkibində yüksək kalsium olduğuna görə uşaqların sümük və dişlərinin möhkəmlənməsinə kömək edir, aybaşı kəsilməsindən (menopoz) sonra sümük əriməsini (osteropoz) yavaşladır. Yüksək E vitamini sayəsində qan azlığına qarşı təsirlidir.

İstifadəsi:
Daxilən: Gündə 3-4 çay qaşığı içilir.
Xaricən: Masaj edilərək istifadə edilir.



Dəfnə Toxumu Yağı (Масло Лаврового семени)

Baş ağrısı, nəfəs çatışmamazlığı və öskürək üçün istifadə olunur. Boğaz iltihabı (Angina), qrip infeksiyalarını, vücud qazlarını azaltmağa kömək edir. Mikrob öldürücüdür. Xaricən göbələklərdə və revmatizma ağırılarında istifadə olunur. Saçlar üçün çox faydalıdır.

İstifadəsi:
Daxilən: Gündə 2 dəfə 1 fincan suya 2 -3 damcı əlavə edilərək istifadə edilir.
Xaricən: Cildə masaj edilir



Avakado Yağı (Масло авокадо)

Cild nəmləndirici, yumşaldıcı kimi xüsusiyyəti var. Əzələ ağrısı və selullitə qarşı faydalıdır. Böyrək daşının əriməsinə kömək edir.

İstifadəsi:
Daxilən: 1 fincan suya 4 damcı əlavə edilərək gündə 2 dəfə içilir.
Xaricən: Cildə masaj edilərək istifadə olunur.



Xardal Yağı (Горчичное Масло)

İştah açıcı xüsusiyyətə malikdir. Revmatizma və duzlanma ağrılarında masaj yağı olaraq istifadə olunur. Tək başına istifadə etmək olmaz, küncüd yağı ilə qarışdırılmalıdır.

İstifadəsi:
Daxilən: Gündə 3-5 damcı 1 fincan suya əlavə edilərək içilir.
Xaricən: Cildə masaj edilir.


Razyana Yağı (Масло Фенхеля)

Mədə köpünü, həzm problemlərini aradan qaldırır, vücüd qazlarını azaldır, ana südünü artırır. Yara sağaldıcı xüsusiyyətə malikdir. Cildi bəsləyir və cild problemlərinin azalmasına kömək edir. (Ana südü ilə südəmər uşağa keçərək uşaqdakı qazı (köp) aradan qaldırır.

İstifadəsi:
Daxilən: 1 fincan suya 5 damcı əlavə edilərək içilir.
Xaricən: Yara üzərinə sürtülərək istifadə olunur.


Tarix: 27.12.2012 / 11:38 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 588 Bölmə: Saglamliq
loading...