Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qəhvə Alışqanlığınla Barışmağın 5 Səbəbi

Qəhvə köpüyü + darçın = bir fincan cənnət həzzi. Mütəxəssislər də deyir ki, ləzzətli qəhvənin canına xeyri də var. Bu da bildiyini etmək üçün yaxşı bəhanədir.
Daxili Emosiyalarini Yüngülləşdir

Harvard sağlamlıq məktəbinin apardığı araşdırmaya əsasən, qəhvə içən qadınlar içməyənlərə nisbətən depressiyaya daha az meyilli olur. Cümə axşamı gələcək həyat yoldaşın, şənbə günü rəfiqənlə görüşürsən. Lap yaxşı, birlikdə qəhvənin dadma baxarsınız.
“Dəm Vəziyyət”-dən çıxmalısan

İbuprofen kimi ağrı kəsici dərmanlarla əlaqəyə girdikdə kofein baş ağrıları yaradan kimyəvi birləşmə olan asetatı aradan qaldırır. Gələn dəfə səhər dəhşətli başağrısı ilə oyanıb, içkini lənətləmək və bir də ömrü boyu içməyəcəyinə söz vermək əvəzinə, səhər-səhər sevimli qəhvəni yudumlamağa başla.
İşdə gümrahlıq Yaradacaq

Kofeinı sinir Sistemini stimullaşdırır, bunun nəticəsində də əqli fəaliyyət artır və qəbul etdikdən iki saat sonra da işdə diqqətin yayınmır. Elə müdirin də səndən istədiyi bu deyil ki? Bu da səndə var!
Artıq Kalorilərini Yandıracaq

Məşqə başlamazdan öncə qəhvə içmək dözümlülüyünü artıracaq və beləliklə də, qaçış trenajorunda daha çox addımlaya biləcəksən. Sadəcə olaraq, bir fincandan artıq içmə, çünki qəhvə susadıcı effektə malikdir. Odur ki, orqanizmində kifayət qədər su balansının olduğuna əmin ol.
Bu məsələdə bir dəfə azdır

İlkin araşdırmalar göstərdi ki, intim münasibətdən 30 dəqiqə əvvəl içilən qəhvə yataqda səni ikinci tur üçün həmişəkindən daha tez ehtiraslandıra bilər. Alimlər hələ bunun hansı səbəbdən baş verdiyini izah edə bilməsələr də, bizə güvən. Hər halda, bu, yüz faiz yataqda səni daha da coşduracaq bir vasitədir.


Tarix: 26.12.2012 / 20:13 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 310 Bölmə: Saglamliq
loading...