Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

İsti havalarda qidalanmanıza diqqət edin

Qızmar və isti havalar bir çox insanın qida rasionuna təsirsiz ötüşmür. Belə ki, istilik və rütubət artımı səbəbindən yaranan bədən istiliyi maddələr mübadiləsinin yavaşlamasına, maye itkisinə və bəzi sağlamlıq problemlərinə yol açır. Bir çoxlarında tərləmə ilə birlikdə mineral itkisi ilə nəticələnən huşunu itirmə, ürək bulanması, baş gicəllənməsi kimi hallar ola bilər.
Məlumata görə daha çox bu dövrdə qidaların pozulma riski çoxalır və qida qaynaqlı zəhərlənmələr yaşanır. Belə vəziyyətlərdən isə yaşlılar, hamilələr, uşaqlar, ürək və şəkər xəstəliyi olanlar daha çox təsirə məruz qalır. Bu baxımdan sağlamlığını qorumaq istəyən hər bir insandan başlıca olaraq sağlamlıq proseduralarını bilmək və ona riayət etmək tələb olunur. Qida rasionu və istəyə uyğun qidalanan şəxslər isə həmin dövrdə yağsız qidalardan istifadəyə fikir verməli, daha çox balanslı qidalanmaya üstünlük verməlidir.
Yay aylarında nahar edərkən az yağlı pendirlər, zeytun və təzə tərəvəzlərdən, süd, meyvə suyu, cökə və itburnu kimi bitki çaylarından istifadə etmək olar.
Yemək bişirərkən sağlamlıq üçün bitki mənşəli yağlardan istifadə məsləhətdir. İstəyə uyğun gündə ən azı 5 boşqab meyvə tərəvəz yemək olar.
Gün ərzində maye itkisini önləmək üçün 2-2.5 litr su içmək xeyirlidir.


Tarix: 21.01.2015 / 17:35 Müəllif: Aziza Baxılıb: 39 Bölmə: Qidalanma və Dieta
loading...