Aparılan elmi işlərə görə albalı meyvəsinin suyunda antioksidant daha çoxdur. Bu meyvə şirəsi tərkibində olan C vitamininin 60%-ni qoruyur.
Albalı əsl vitamin deposudur. Tərkibindəki A və B vitamini sodium, potasium, kalsium və fosfor mineralları ilə insanı xəstəliklərdən qoruyur.
Damarların sərtləşməsinə mane olur, qan dövranını nizama salıb, iltihablanmanın qarşısını alır.
Albalı suyu xalq arasında zehni açması ilə tanınır, yaddaşı möhkəmləndirmək üçün son dərəcə faydalıdır.
Mütəxəssislər, tələbə və şagirdlərə gündə bir stəkan albalı suyu içməyi məsləhət görür.
Albalının suyunda olan bütün bioaktiv komponentlərin miqdarı və dəyişmələri albalı şirəsini digər meyvə sularından fərqləndirir.
Albalı suyunun tərkibi minerallar və vitaminlər sayəsində bir çox xəstəliyə qarşı qoruma təşkil edir. Qırmızı rəng verən "antosiyan" isə hüceyrələrin yenilənməsinə səbəb olur. Hüceyrə işləri ilə əldə edilən nəticələr istiqamətində albalıda olan antioksidantın bioyararlılığı digər meyvələrə nisbətdə 3 qat çox müəyyən edilib.
Bütün bu nəticələr albalı nektarının, yüksək antioksidant məzmuna sahib olmasını göstərir. Gündə bir stəkan albalı suyu bədənin günlük antioksidant ehtiyacını qarşılaya bilir. Bundan əlavə ürək və damar xəstəliklərinə tutulma riskini azaltmağa kömək edir.
Əzələ ağrılarının azalmasına, yaddaşın möhkəmlənməsinə və çəkiyə nəzarət etməsində əvəzsiz rola malikdir.
Tarix: 21.01.2015 / 17:35 Müəllif: Aziza Baxılıb: 43 Bölmə: Qidalanma və Dieta