Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Bəhməz körpə beyninin enerji qaynağı olan qlükoza ilə zəngindir

Üzüm, əncir və tut kimi meyvələrin əzilərək qaynadılması ilə hazırlanan bəhməzdən milli mətbəximizlə yanaşı, xalq təbabətində də istifadə olunur.
Bu şəfalı qida məhsulu insanların gündəlik kalsium, dəmir, kalium və maqnezium ehtiyaclarının böyük bir qismini ödəmək gücündədir. İki yemək qaşığı bəhməzin insan bədəni üçün çox qiymətli olan 2 milliqram dəmir, 80 milliqram kalsium verdiyi bildirilir. Gündəlik vitamin ehtiyacının isə 20 faizini ödəyir.
Bəhməzin 100 qramında təxminən 400 milliqram kalsium, 10 milliqram dəmir vardır. Hətta bəhməzin dəmir baxımından baldan da zəngin olduğu bildirilir.
Araşdırmalara görə, 200 qram bəhməz kalori baxımından 1150 qr südə, 300 qr çörəyə, 390 qr ətə bərabərdir.
Bəhməz enerji ehtiyacını da sürətlə aradan qaldırır. Tərkibindəki qlükoza və fruktoza həzm prosesində sürətlə qana qarışdığı üçün enerji ehtiyacı olanlara çox faydalıdır. Məlumdur ki, qlükoza çatışmazlığı körpələrin beyin inkişafını dayandıra bilər. Beynin enerji qaynağı olan qlükoza bəhməzdə kifayət qədər vardır.
Bəhməzdən qan dövranının yaxşılaşmasında, qanazlığı zamanı, mədə, əsasən də xora xəstəliyinin, asma və bronxit xəstəliklərinin müalicəsində istifadə olunur.
İştahsızlığın aradan qaldırılmasında, bağırsaq və böyrəklərin qüvvətlənməsində, dişlərin və sümüklərin möhkəmlənməsində də bu məhsulun əvəzsiz olduğu bildirilir.
Qarqara halında ağız boşluğu və boğaz xəstəliklərində də təsirlidir. Şəkər xəstələrinə isə bəhməz zərərlidir.


Tarix: 21.01.2015 / 13:30 Müəllif: Aziza Baxılıb: 30 Bölmə: Qidalanma və Dieta
loading...