Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Çips yedikdə biraz fikirləşin

Çipsi dünyanın fast food yeməkləri arasında ən ləzzətli yeməklərindən biri kimi tanınır. Məlumata görə bəzi insan qrupları var ki, çipsilərdən yemək onların sağlamlığına təsir baxımından zərərli hesab olunur. Həmin insanlarda çipsilərin artıq çəki, ürək xəstəliyi və s. xəstəliklərə yol açdığı da bildirilir.
Çipsinin eyni zamanda ana bətnindəki körpələrdə sağlamlıq probleminə səbəb olduğu deyilir. Məlumatda həmçinin uşaqlarda hiperaktivliyə, yetkinlərdə isə xərçəng kimi nəticələrə yol verdiyi bildirilir.
Türkiyə mətbuatında dərc olunan məqalədə avropada bu istiqamətdə araşdırıma aparıldığı, gənclərin həftədə ən az 2-3 dəfə çipsi yediyi, ingilislərin isə bir ildə 6 milyard paket çips istifadə etdiyi bildirilir. Bir sıra mütəxəssislərin fikrincə bu nəticələr fast-food sektorunun insanları nə qədər cəlb etdiyinin göstərcəsidir.
Çipsdə bol miqdarda yağ olduğundan dad alımını artırır. Bu yağın isə trigeminal deyilən sinir hüceyrələri vasitəsilə hiss edildiyi və beyinə mesaj göndərdiyi bildirilir. Məhz, bu baxımdan və tərkibində duz olduğundan daha çox çipsi yeməyi insanlar xoşlayır.


Tarix: 21.01.2015 / 13:10 Müəllif: Aziza Baxılıb: 50 Bölmə: Qidalanma və Dieta
loading...