Fəqət, bir şərtlə: şokolad səhər saatlarında həzmi-rabedən keçirilməlidir, çünki məhz həmin vaxt metabolizm daha aktiv olur, orqanizm sonradan gün ərzində "emal" edə biləcəyi kaloriləri alır.
"The Telegraph" bildirir ki, tərkibində protein və karbohidratlar olan səhər seməyinə şirniyyat da əlavə olunarsa, sonradan desert yeməyə həvəs qalmır.
İsraildəki Təl-Əviv Universitetinin professoru Daniel Yakuboviçin başçılıq etdiyi qrup piylənmə diaqnozu qoyulmuş 193 könüllünü tədqiqatlara cəlb edib.
Onlar iki qrupa bölünüblər. İlk qrupa 300 kalorilik, ikinci qrupa isə 600 kalorilik, üstəlik, şokolad tortlu səhər yeməyi təklif olunub.
Könüllülərə 32 həftə bu formada pəhriz saxlamaq təklif olunub.
Həmin müddətin ortasında qruplardakı şəxslərin hər biri 15 kq arıqlayıb.
Amma sonra ilk qrupdakıların hər biri 11 kq kökəlib, ikinci qrupdakılar isə daha 7,5 kq arıqlayıb.
Qrupdakılar gün ərzində bərabər kalorili qidalansalar da, tərkibində karbohidratların az olduğu qidalanma toxluq hissi verməyib.
"Birinci qrupdakı şəxslər gün ərzində şirniyyat yeyir, ayaqüstü qəlyanaltı edirdilər. Bu isə asılılığa aparan yoldur.
Halbuki məhz səhər yeməyi insan orqanizmindəki aclıq hormonu qrenilinin aktivliyini aşağı salır", - professor Yakuboviç deyib.
Tarix: 21.01.2015 / 12:28 Müəllif: Aziza Baxılıb: 27 Bölmə: Qidalanma və Dieta