Gün içərisində yaşadığımız çətinlik, yorğunluq, narahatlıq kimi müxtəlif psixoloji halları, seçdiyimiz yeməklərin növ və miqdarlarını da təyin edə bilər.
Bu vəziyyət bəzən iştah itkisinə səbəb olarkən, çox vaxt da səhv və nəzarətsiz qidalanmaya səbəb olmaqdadır. Bu baxımdan aşağıdakı məsləhətlər vacibdr:
Əgər yorğunluq halları olarsa C vitamini alın. Bədənin yorğun olmağı, iştahın azalmasına səbəb olar. Kişilərdə müxtəlif səbəblərdən yemək və ya iştahsızlıq problemləri ola bilər. Diqqət edilmədiyi təqdirdə düşən bədən müqaviməti xəstəliklərin meydana gəlməsinə şərait yaradır. Belə dövrlərdə C vitamini istifadəsinin xüsusilə artırılması lazımdır. Təzə meyvə və tərəvəzlər ən ideal seçimlərdən hesab olunur. Vitamin itkisinə uğramamaları üçün çiy istifadə edilməyi tövsiyə edilir. Suyunu sıxmaq isə alınan kalori miqdarının artmasına səbəb olur. Gözlədilərək çəkilən meyvə sularında vitamin itkiləri olduğundan, bu məsələyə xüsusi diqqət göstərmək vacibdir. Portağal, kivi, alma, armud, kök, yaşıl bibər, cəfəri, kərə, rokanın seçim edilməsi lazım olan tərəvəz və meyvələr hesab olunur. İçki olaraq isə əlavə olaraq itburnu ilə bitki mənşəli çaylardan istifadə edə bilərsiniz.
Əgər halsızlıq haları baş verərsə istək sahibi olanlar üçün əlavə olaraq pendir, süd, ayrandan da istifadə məsləhət görülür. İş və ictimai həyatın gətirdiyi halsızlıq vəziyyətində, xüsusilə kalsium və zülalla zəngin qidalardan seçim etmək doğru hesab olnur. C vitaminin ehtiyacı da bu dövrdə artacağı üçün çoxlu sayda təzə meyvə və tərəvəzlərin qəbulu yaxşı nəticələr verər. Meyvəli yoqurtlar və süd seçimi pis olmaz. Onuda qeyd etmək lazımdır ki, mövsüm meyvələri ilə hazırlanmış meyvəli yoqurtlar halsızlığı yüngülləşdirməyə kömək edir.
Əgər kədərlisnizsə şirni məmulatları ilə deyil, quru meyvələrlə qüssə qəmdən xilas ola bilərsiniz. Əlavə olaraq fosforla zəngin olan balıqlar, quru paxlalılar və yarma bu cür halların tez sovuşdurulmasına köməkçi olacaq. Tərkibində kompleks karbohidrat olduğu yeməklərin, qanda olan şəkərə kömək edəcəyi deyilir.
Taxıllı çörəklərlə hazırlanan buterbroddan istifadə də məsləhətlidir. Şirniyə ehtiyacınız olarsa quru meyvələr bu istiqamətdə çox yaxşı bir alternativ olacaq.
Əgər əsəbisinizsə dəmli çay və ya tünd qəhvə içməyin. Hirsli vəziyyətdə yağlı toxumlar, xüsusilə fındıq, qoz, badam və fıstıq istifadə edilməsi uyğundur. Qəhvə, dəmli çay, qazlı içkilər və kofeinli içkilərdən bu dövrdə xüsusilə uzaq dayranılması məsləhət görülür. Razyana, itburnu, cökə, adaçayı kimi bitki mənşəli çaylar və ya ilıq darçınlı süd istifadəsi uyğun görülür.
Əgər narahatsınızsa su içmək bu istiqamətdə faydalı seçimlərdən hesab olunur. Narahatlıq vəziyyətində bədəndə həddindən artıq maye itkisi olacağından maye alışı artırılmalıdır. İlk seçim, hər zaman saf sudur. Daha sonra istəyə uyğun şorba, kompot, meyvə suyu, ayran, bitki çayları və minerallarla da sular içilə bilər.
Əgər şok yaşamısınızsa banan və kivi meyvələrindən yararlana bilərsiniz. Şəkər, şokolad, tort, peçenye kimi qidaların seçim edildiyi bu hallarda c vitaminli yüksək yeməklər ən doğru seçim olacaq. Tərəvəz və meyvələr bu hal üçün yaxşı hesab olunur. Bu istiqamətdə lazımi proseduralardan əlavə bol yaşıl salatlardan istifadə, banan, ananas, kivi, çiyələk kimi meyvələrdən yararlanmaq düzgün hesab olunur.
Tarix: 21.01.2015 / 13:11 Müəllif: Aziza Baxılıb: 149 Bölmə: Qidalanma və Dieta