Çiy qidalarla qidalanma haqqında bir çox mənbələrdə məlumatlar var. Bu məlumatların birində qeyd olunub ki, "Tərəvəzləri az bişirmək, onun qida dəyərinə və keyfiyyətinə təsir göstərdiyi üçün faydalı hesab olunur".
Çiy qidalanmanın insan orqanizmi üçün müsbət təsirlərininin olduğu da bildirilir.
Məlumatlarda oda bildirilir ki, bütün tərəvəzlər, otlar, meyvələr, taxıllar, paxlalılar, meyvə quruları, cücərti və dəniz bitkiləri müxtəlif ferment, vitamin və minerallar baxımından çox zəngin, canlı olduqlarından bədənimiz tərəfindən asan həzm olunur. Çiy qidalanmanın artıq çəki yaratmadığı da məlumatlarda öz əksini tapıb.
Çiy qidalanmanın bədəni rahatlaşdırıb təbii sistemin ən yaxşı şəkildə və tam məhsuldar işini dəstəklədiyi bildirilir.
Məlumatlarda çiy qidalanmanın bədənin həqiqi qida və enerji ehtiyacını qarşıladığı, dəridə gözəlləşməyə səbəb olduğu, sızanaqlara xeyirli olduğu, göbələklərin azalması kimi bir çox narahatlıq yaradan xəstəliklərin müalicəsinə kömək etdiyi bildirilir.
Tarix: 21.01.2015 / 13:02 Müəllif: Aziza Baxılıb: 32 Bölmə: Qidalanma və Dieta