Çox yemək yaddaşı zəiflədir?
Amerikalı alimlər hesab edirlər ki, həddən ziyadə çox yemək insanın hafizə və yaddaşına pis təsir edir.
"Scientist" bildirir ki, ABŞ-ın Arizona ştatındakı Mayo Klinikasının alimləri yaşlı və qarınqulu insanlarda hafizə itkisi ilə huşsuzluq riskinin 2 dəfə artdığını vurğulayıblar.
Onların apardıqları tədqiqatlar nəticəsində məlum olub ki, hər gün 2100 kaloridən artıq yemək yemək beynin koqnitiv funksiyalarını normal qidalanan insanlarla müqayisədə pisləşdirir.
Belədə az kalorili qidalanma yaşlı insanlara hafizə və yaddaşlarını qorumağa imkan verir.
Normal qidalanma hətta Alsheymer xəstəliyinin qarşısını da alır.
Tarix: 21.01.2015 / 12:28 Müəllif: Aziza Baxılıb: 25 Bölmə: Qidalanma və Dieta
loading...