"Cana, bu nə cadudur qaşü göz arasında"
Cana, bu nə cadudur qaşü göz arasında,
Nitqim tutulur görcək hər dəm söz arasında.
Gər görsə Züleyxavü Yusif səni bəzmində,
Məhbut qalar billah, yüz bikr qız arasında.
Ənnəb ləbin cana, təşbih edib aşiqlər,
Nar danəsidir güya, düşmüş buz arasında.
Ey dil eləmə nalə, bəsdir, yerinə yetdi,
Saldın özün adlara, yandın göz arasında.
Əhdində vəfa varsa, məbhut nə durmuşsan,
Var kuyinə yügür, yort, canın üz arasında.
Xuni-cigərim gözdən ol qədr rəvan olmuş,
Laf etmə Kəminə çox, gəl gir üz arasında.
Tarix: 30.03.2013 / 14:55 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 89 Bölmə: Qezeller
loading...