Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ağır idman məşqləri ürək ritminə təsir edir

Məlumata görə İngiltərənin ürək vəqfi apardığı tədqiqatlarda fitess kimi idman məşqlərinin ürəyin təbii ritminə təsir etdiyini göstərib.
Bildiyimiz kimi ürək aritmiyaları o zaman əmələ gəlir ki, ürək döyüntülərini idarə edən impulsların işi pozulur.
Bu zaman ürək ya çox tez, ya çox gec, ya da nizamsız döyülür. Bu zaman ürək ritmində pozulmalar yaranır.
Siçanlar üzərində edilən tədqiqatlar da ürəyin təbii ritmini nizamlayan hissədə molekulyar dəyişikliklərin olduğunu göstərib.
Məlumatda oda bildirilir ki, həmin prosesdə HCN4 olaraq bilinən və ürək atışlarını təşkil edən zülal azalmağa başlayır. Buda ritm pozulmalarına təsir edir.
Professor Jeremy Pearson, uzun müddət idman edənlərdə ürək quruluşunda dəyişikliklərin meydana gəldiyini və ürək ritmində bu dəyişmələrin sonrasında davam etdiyini söyləyib.
Adətən insanlar aritmiyaları ürək dayanması, ürək əsməsi, ürək döyünməsi kimi hiss edirlər.
Bəzi aritmiyalar həyat qorxusu simptomları yaradır. Tibbi texnologiyada olan yeni müalicə metodları aritmiyaları idarə etməyə imkan verir.
Onuda qeyd etmək lazımdır ki, tədqiqat nəticələri "Nature Communications" jurnalında dərc edilib.


Tarix: 16.01.2015 / 12:52 Müəllif: Aziza Baxılıb: 27 Bölmə: Kardiologiya
loading...