Çiyələkli və sərinləşdirici yay içkisi
Tərkibi:
7 limon
200 qr çiyələk
15 stəkan qaynar su
1 stəkan şəkər
Hazırlanması:
Limonların qabığını rəndənin incə tərəfi ilə rəndələyin. Soyulmuş limonları da limon sıxan qabda sıxın. Əldə etdiyiniz limon qabıqlarını, limon suyunu və bir stəkan suyunu və 1 stəkan şəkəri ağızı qapalı bir qaba boşaldın. Üzərinə isti suya da əlavə edin, yaxşıca qarışdırın və soyuducya qoyun. Üzərinə xırda-xırda doğradığınız çiyələkləri əlavə edin. Sonra ağızını yaxşıca örtərək yenidən soyuducuya qoyun. Hazır oldu, nuş olsun!
Tarix: 29.11.2014 / 14:50 Müəllif: Aziza Baxılıb: 33 Bölmə: Dünya mətbəxi
loading...