Vəsaitlər
1 kq. təzə lobya
1 böyük boy soğan
1 yemək qaşığı tomat
1 ədəd pomidor
Zeytunyağı
Duz
Qatıq
Sarımsaq
Hazırlanıması
1. Lobyalar yuyulur təxminən 2 sm. olacaq şəkildə kiçik kiçik doğranılır.
2. Doğranmış soğanı bir miqdar zeytun yağında soğanlar ölənə qədər qovurun. Qabığı soyulmuş doğranmış və ya rəndələnmiş pomidorları əlavə edib suyu bir az buxarlaşana qədər qovurun. Sonra tomat pastası da əlavə edib çiy qoxusu gedənə qədər qovurun.
3. Üzərinə lobyaları əlavə edib lobyaların rəngi dəyişənə qədər qovurun. Üzərinə bir az qaynar su və duz əlavə edin, batıq atəşdə pişənə qədər qaynadın.
4. Xidmət edərkən qaba qoyduğunuz lobyaların üzərinə 2 - 3 yemək qaşığı sarımsaqlı qatıq əlavə edin.
Tarix: 29.11.2014 / 13:56 Müəllif: Aziza Baxılıb: 52 Bölmə: Dünya mətbəxi