Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Tiqadegena

Tərkibi:

200 q araxis
500 q ət (mal və ya qoyun)
2-3 baş soğan
600 q tərəvəz (ailənizin sevdiyi: yerkökü, qabaq, boranı, kələm, badımcan, turp və s.)
200 q pomidor
bitki yağı
keşniş
reyhan
cəfəri
şüyüd
1 diş sarımsaq
dəfnə yarpağı
qara istiot
duz
düyü

Hazırlanması :

Əvvəlcə araxis pastasını hazırlamaq lazımdır. Bunun üçün araxisi quru tavada qovurun, ovcunuzda ovxalayaraq qabığını çıxarın.

Araxisi ət maşını, yaxud kombayndan keçirin, az-az su əlavə edin, kəsmik qatılığında pasta alınmalıdır.

Zövqünüzə görə seçdiyiniz tərəvəzləri yuyun, doğrayın (çox xırda olmasın).

Soğanı yarımhalqa doğrayın.

Əti 3-4 sm tərəfli kublara doğrayın.

Tavaya yağ tökün, qaynar olanda əti əlavə edin, iti odda qızılı-qəhvəyi rəng alanadək qovurun.

Yerkökü və soğan əlavə edin, qarışdırın, qovurun.

Pomidorların qabığını soyun, çəngəllə əzin, tavadakılara əlavə edin.

Xörəyi qarışdıraraq tədricən araxis pastasını əlavə edin.

Digər tərəvəzləri də əlavə edin, bütün inqredientlərin üstünü örtəcək qədər qaynanmış su tökün.
Orta itilikli odda 20 dəqiqə bişirin.

Ətin və tərəvəzlərin bişmə dərəcəsini yoxlayın, lazım gələrsə, su əlavə edib bir qədər də bişirin.

Tiqadegena hazır olduqda 2 dəfnə yarpağı, əzilmiş sarımsaq, qara istiot əlavə edin. 5 dəqiqədən sonra ocaqdan götürün.

Düyünü bişirin, azca duz vurun. Xırda formalara yığın, basdalayın. Boşqaba tərs çevirin. Yanına içinə göyərti doğranmış tiqadegena qoyun. Göyərti ilə bəzəyin.

Nuş olsun!


Tarix: 29.11.2014 / 14:28 Müəllif: Aziza Baxılıb: 119 Bölmə: Dünya mətbəxi
loading...