Tuna balığı ilə dürmək
Tərkibi:
lavaş
2 banka tuna konservi
1 banka qarğıdalı konservi
mayonez
1 avokado
0,5 limonun şirəsi
100 q ispanaq
duz
ədviyyat — zövqə görə
Hazırlanması:
İspanağı tərtəmiz yuyun.
Avokadonun qabığını soyun, saman kimi doğrayın, üzərinə limon şirəsi səpin.
Tuna balığını qarğıdalı ilə qarışdırın, mayonez və zövqünüzə görə ədviyyat əlavə edin.
Lavaşın üstünə lay-lay ispanaq, avokado, qarğıdalı ilə qarışdırılmış tuna balığını qoyub rulet kimi bükün.
Süfrəyə verəndə doğrayın.
NUŞ OLSUN!
Tarix: 29.11.2014 / 14:08 Müəllif: Aziza Baxılıb: 38 Bölmə: Dünya mətbəxi
loading...