Mozaika suflesi
Tərkibi:
500 q qaymaq (33-35%-li)
200 q şəkər tozu
5 paket müxtəlif rəngli jele (yarımfabrikat)
40 q jelatin
Jeleni paketin üstündə yazılan qaydada hazırlayın. Hər rəngdə jeleni ayrı qaba 0,5-1 sm qalınlıqda tökün. Soyuducuya qoyub bərkiməsi üçün 3-4 saat soyudun.
Jelatinin üstünə 150 ml soyuq qaynanmış su töküb 1 saat saxlayın.
Hazır jeleni kubik doğrayın.
Jelatini ocağın üstünə qoyun, qaynara düşəndə götürün (qaynamasın). Soyudun.
Qaymağı şəkər tozu ilə çalın.
Çalınmış qaymağa jelatini əlavə edib qarışdırın.
Jele kubiklərini əlavə edib qarışdırın.
Formalara yığıb soyuducuda 3-4 saat saxlayın.
Formalardan çıxarıb süfrəyə verin.
Nuş olsun!
Tarix: 29.11.2014 / 14:10 Müəllif: Aziza Baxılıb: 52 Bölmə: Dünya mətbəxi
loading...