Yalançı iskəndər resepti
Tərkibi:
300 q mal əti (bifşteks)
1 x.q. kərə yağı
2 pomidor
bir neçə dilim köhnə çörək
kərə yağı
sarımsaqlı qatıq
Üzərinə:
kərə yağı+pul bibər
Hazırlanması:
Əti nazik dilimləyin. Kərə yağında qazardın. Pomidorları sürtgəcdən keçirib üzərinə əlavə edin. Duz vurun. Başqa bir tavada xırda doğranmış boyat çörəyi kərə yağında qovurun. Qaba çəkin. Üzərinə ətləri düzün. Sarımsaqlı qatığı üzərinə qoyun. Pulbibəri kərə yağında qovurub üzərinə gəzdirin.
Nuş olsun!
Tarix: 29.11.2014 / 13:36 Müəllif: Aziza Baxılıb: 24 Bölmə: Dünya mətbəxi
loading...