Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ətli şəhriyə plovu resepti (Türk mətbəxi)

Tərkibi:
500 qr şəhriyə
300 qr mal əti
2 ədəd soğan
2 ədəd pomidor
zeytun yağı
duz
sarıkök

Hazırlanması:
1. Şəhriyə plovunu hazırlamaq üçün qazana su tökülür, qaynadılır.


2. Qaynayan suya duz, biraz zeytun yağı əlavə edilib şəhriyə tökülür. 10 dəqiqə qaynadılır (arada qaşıqla qarışdırmaq lazımdı).


3. Şəhriyə bişdikdə süzgəcdən keçirilir, zeytun yağı vurulub qarışdırılır və qazana tökülüb 15 dəqiqə dəmə qoyulur (dəmə qoyulduqda qazanın ağzı bərk bağlanmalıdı).


4. Şəhriyə plovu dəm aldıqda qazdan götürülür.


5. Plovun ətini hazırlamaq üçün ət xırda hissələrə bölünür və bişənə kimi qaynadılır.


6. Ayrı tava götürülür, soğan doğranılır və biraz qızardılır.


7. Soğanın üzərinə ət, doğranılmış pomidor əlavə olunur.


8. Biraz sarıkök və duz əlavə olunur.Ətin suyu əlavə olunub aşağı istilikdə 20 dəqiqə bişirilir.


9. Ətli qarışığ bişdikdə plova əlavə olunur və qaşıqla qarışdırılır.


Nuş olsun!


Tarix: 29.11.2014 / 13:32 Müəllif: Aziza Baxılıb: 42 Bölmə: Dünya mətbəxi
loading...