Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Bibərli toyuq sote resepti

Tərkibi:
2 Ədəd toyuq sinəsi
1 Ədəd soğan
1 Ədəd tomatlıq qırmızı bibər
5 Ədəd çarliston bibər
2 Diş sarımsaq
2 Yemək qaşığı zeytunyağı
2 Ədəd iri pomidor
Duz
Qara bibər
Kəklikotu

Hazırlanması:
Sinə ətlərini kiçik quşbaşı şəklində doğrayıb, teflon tavaya alın.
Orta atəşdə ətlər suyunu canına çəkincəyə qədər qovurub, duz səpin.
Incə qıyılmış soğan, sarımsaq və zeytunyağını əlavə edib sote edin.
Bibərləri nazik zolaqlar halında, pomidorları kiçik kiçik doğrayıb tavaya əlavə edin.
Duz, qara bibər və kəklikotu əlavə edib qarışdırın.
Qapağı bağlı olaraq hərdənbir qarışdıraraq 15 dəqiqə orta atəşdə bişirin.
İsti olaraq servis edin.

Nuş olsun!


Tarix: 29.11.2014 / 13:50 Müəllif: Aziza Baxılıb: 186 Bölmə: Dünya mətbəxi
loading...