Töpələk
Tərkibi:
2 st. un
1 yumurta
azca su
duz
İç:
1 st. bulqur
3 x.q. bitki yağı
2 st. un
1 x.q. tomat pastası
1 ç.q. nanə
0,5 toyuğun döş əti
1 yumurtanın sarısı
duz
qara istiot
1 kasa sarımsaqlı qatıq
Hazırlanması:
Xırda doğranmış toyuq ətini bitki yağında qovurun. Bulqur və tomat pastasını əlavə edin. 2 st. su əlavə edib vam odda 15 dəqiqə bişirin. Duz, istiot və nanə əlavə edin.
Ayrı bir qabda un, yumurta, duz və bir az suyu qarışdırıb yumşaq xəmir yoğurun.
Xəmiri yayıb 10 sm tərəfli kvadratlar kəsin. Bunların ortasına iç qoyub üçbucaq şəklində qatlayın. Üzərinə yumurta sarısı çəkin.
200 dərəcə qızdırılmış sobada bişirin.
Süfrəyə sarımsaqlı qatıqla verə bilərsiniz.
Nuş olsun!
Tarix: 29.11.2014 / 14:10 Müəllif: Aziza Baxılıb: 51 Bölmə: Dünya mətbəxi
loading...