Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Tas kababı resepti

Tərkibi:
500 qr mal əti
1 ədəd soğan
1 ədəd bibər
2 ədəd pamidor
4 ədəd kartov
2 x.q. tamat
Yağ
Duz, istiot
2 diş sarımsaq
Üstünə bəzək üçün cəfəri

Hazırlanması:
Əvvəlcə mal ətin quş başı doğrayıb qazana töküb oda qoyuruk ət öz suyun verənə kimi qazanın qapaqın örtmürük. Ət suyun verdikdə qazanın qapağını örtüb ətin suyu çəkilənə kimi gözləyirik. Ətin suyu təmiz çəkildikdə ay para doğradığımız soğanları ətin üzərinə töküb qovururuq. Sonra pamidoru sürkəncdən keçirdib ətə əlavə edirik və 5 dəq qazanın ağzı bağlı bir yerdə bişiririk. Sonra kartovu dördkünc doğrayırıq, bibəri uzunsov doğrayıb pamidorun suyu təmiz çəkilməmi yeməyimizə əlavə edib, qarışdırırıq. Duz, istiot, yağ, tamat vurub üzərinə ət bulyonu və ya qaynar su töküb vam odda bişiririk. Yeməyimiz hazır olduqda süfrəyə verərkən istədiyiniz göyərtidən doğrayıb üzərinə səpə bilərsiniz. Mən süfrəyə cəfərilə servis etdim.

Nuş olsun!


Tarix: 29.11.2014 / 13:35 Müəllif: Aziza Baxılıb: 43 Bölmə: Dünya mətbəxi
loading...