Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Meksikan sayağı toyuq

Tərkibi:
Toyuq 1
Soğan 2 ədəd
Bolqar bibəri 2 ədəd
Təzə pomidor 4-6 ədəd (konservləşdirilmiş təzə pomidorla da əvəz edə bilərsiniz)
Konservləşdirilmiş qarğıdalı 1 bank
Sarımsaq
Mayonez
Duz
İstiot
Pendir

Hazırlanması:
Toyuğu yuyub, hissələrə bölüb, duzlayıb, istiotlayıb kənara qoyun.
Bibəri yuyub, nazik çöp şəklində doğrayın, içini təmizləyin.
Pomidorları yuyub, dairə və ya kvadrat şəklində doğrayın.
Soğan və sarımsağı təmizləyib xırda şəkildə doğrayın.
Yağlanmış tavaya sıra ilə ərzaqları düzün:
Soğan
İstiot
Pomidor
Qarğıdalı çox kiçik üyüdülmüş sarımsaq.
Üzərinə toyuq ətini düzün, mayonez əlavə edib, yaxşı qızdırılmış sobaya qoyun.
35-40 dəqiqə bişirin. Bu vaxt ərzində toyuqu iki dəfə çevirin ki, hər tərəfli bişsin.
Hazılanmasına 10 dəqiqə qalmış üzərinə holland pendiri əlavə edin.


Tarix: 29.11.2014 / 14:04 Müəllif: Aziza Baxılıb: 56 Bölmə: Dünya mətbəxi
loading...