Tərkibi:
Can əti-400 q
Kartof-3 ədəd
Duru yağ-50 q
Sous üçün:
Göbələk-200 q
Un-50 q
Qaymaq-100 q
Limon
Göyərti
Duz, istiot
Hazırlanması:
1. Can əti axşamdan duz və istiotla basdırma edilir.
2. Basdırma ətin üzəri bıçaq ilə bir neçə yerdən çərtilir və duru yağda qızardılır.
3. Qabığı soyulmamış kartoflar yuyulur, üzəri bıçaq ilə çərtilir, duz istiot vurulub qabaqcadan 150-160 dərəcəyədək qızdırılmış sobaya 20 dəq. yerləşdirilir.
4. Sousu hazırlamaq üçün: göbələk sürtgəcdən keçirilir və yağda qovrulur.
5. Göbələyə əvvəl un, daha sonra qaymaq, duz və istiot əlavə edilib yağa düşənədək qovrulur.
6. Hazır ət və kartof boşqaba qoyulur, üzərinə sous əlavə edilir.
7. Süfrəyə verilərkən limon dilimləri və göyərti ilə bəzədilir.
Nuş Olsun!
Tarix: 29.11.2014 / 14:06 Müəllif: Aziza Baxılıb: 32 Bölmə: Dünya mətbəxi